Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Barak Obama: "Dünya nüvə silahından təmizlənməlidir"

“Gələcək nəsillər naminə dünya nüvə silahının tamamilə aradan qaldırılmasına çalışmalıdır”...

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Barak Obama dekabrın 10-da Yaponiyanın Xirosima adasında keçirilən Nüvə Silahsız Dünya uğrunda Beynəlxalq Qrupun birinci konfransının iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, gələcək nəsillər naminə nüvə silahlarından azad dünya üçün səy göstərilməlidir. Barak Obama 2016-cı ilin mayında Xirosimaya səfərini heç vaxt unutmayacağını vurğulayaraq deyib: “Bu mənim bütün dünyada nüvə silahı təhlükəsinin azaldılmasına dair öhdəliyimi gücləndirən bir an oldu”.

İclasın ilk günündə ABŞ-ın keçmiş Prezidenti Barak ObamaBMT-nin Baş katibi Antoniu Quterrişin videomüraciətləri olub. Tədbir iştirakçıları arasında BMT-nin tərksilah məsələləri üzrə keçmiş ali nümayəndəsi Angela Keyn, NATO Baş katibinin keçmiş müavini Rouz Qottemüller və başqaları da var.

Qeyd edək ki, dekabrın 10-11-də Yaponiyanın Xirosima şəhərində Nüvə Silahsız Dünya Uğrunda Beynəlxalq Qrupun (IGEP) birinci konfransı keçirilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin son zamanlar taktiki nüvə silahlarının istifadəsi ilə bağlı tez-tez hədələyici açıqlamalar verir.

pia.az


Etiket: Obama


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar