Bazar ertəsi, 16 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Banklar niyə dollar satmır? - Əkrəm Həsənovdan şərh

Bank üzrə ekspert: “Banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar”

“Bəs onda nə baş verir? Yeganə ehtimal qalır: kimlərsə "qara bazar"a pas ötürür, yəni onu təşviq edir. Dollara çox ehtiyacı olanlar (əsasən sahibkarlar) naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov bankların dollar satmamasının səbəblərini öz “Facebook” səhvəsinə şərh edərkən qeyd edib.

Mövzunun aktuallığını nəzərə alaraq PİA.az həmin yazını təqdim edir:

Əkrəm Həsənov: “Kimdir bu kimlər? Cinayətkarlar? Ola bilər! Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər”.

“Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib (bəziləri ümumiyyətlə satmır). Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi (1,7) ilə alır. Gəlin, bu tapmacaların cavabını tapmağa çalışaq.

Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar da. Deməli, ala bilmirlər, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir.

Nəticədə, ajiotaj, panika artır. Dollara tələbat da artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də artır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi.

Yəni devalvasiya olacaq? Böyük ehtimalla olmayacaq! Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır: iqtisadi problemlər və sosial narazılıq arta bilər.

Bəs onda nə baş verir? Yeganə ehtimal qalır: kimlərsə "qara bazar"a pas ötürür, yəni onu təşviq edir. Dollara çox ehtiyacı olanlar (əsasən sahibkarlar) naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə yaman himayə edir bu "qara bazar"ı.

Əkrəm Həsənov: “Ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə yaman himayə edir bu "qara bazar"ı”.

Kimdir bu kimlər? Cinayətkarlar? Ola bilər! Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər. Misal üçün, məsələni yuxarılarda elə təqdim edilər ki, guya bir güllə ilə iki quş vururlar: 1) devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı baş vermir (sadə insanların xırda dollar ehtiyacları qarşılanır); 2) valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları "qara bazar" vasitəsilə yüksək məzənnə ilə satılır.
Mən bilmirəm mövcud vəziyyəti kimlər yaradıb. Axmaqlar, canilər, yoxsa ingilisdilli qlamur boşboğaz "ağıllılar". Təkcə onu bilirəm ki, bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Hələ də başa düşmürlər ki, dövlət qanunlarla idarə olunmalıdır. Oyun qaydalarına riayət olunmalıdır. Rəsmi məzənnə varsa, onunla da valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir.

Əks halda, dövlətə etimad azalır. Xüsusən sahibkarlar tərəfindən. Axı son nəticədə mövcud vəziyyətdən əziyyət çəkən məhz onlardır. "Qara bazar"a göndərilən də onlardır, səssiz-səmirsiz ziyana uğrayan da onlardır. Əllərində olan layihələri icra edə bilməyən, yeni müqavilələr bağlamaqda əziyyət çəkən (qeyri-müəyyənliyə görə) onlardır. Ən əsası isə ölkədə sahibkarlıqla məşğul olmaq istəyən, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul da azalacaq, iqtisadi aktivlik də. Axmaqlar, canilər və ingilisdilli qlamur boşboğaz "ağıllılar" da şələ-küləsini götürüb gedəcək. Talamağa bir şey qalmayanda. Biz isə burada qalacağıq. Neftsiz, amma manatla...”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“Tik-Tok”da göbəy rəqsilə “trend” olan məmur: Direktor və oğlunun “Azəravtoyol” məcaraları - Video

Kreml Qərblə məxfi danışıqlara başlayıb: Bayden isə Putini yalnız kapitulyasiya aktı üçün gözləyir

Azərbaycan "Avroviziya"nın münsiflər heyətindən çıxarıldı

Paytaxtda gözlənilən böyük söküntü: Hansı binalar “plana düşəcək”?

Filminə qadağa qoyuldu, ağır xəstəliyə tutuldu, ölüm ayağında heç kimi görmək istəmədi

Putinin Gürcüstana “təşəkkürü” – Yaxud Azərbaycandakı “rusbaşlar”a Osetiya “şapalağı”

Azərbaycan və daha beş ölkənin “Avroviziya”dakı səsverməsi ləğv edilib

“Qarabağdakı zəfər “Bayraktar”ın tanklara qarşı effektivliyini göstərir” – Ruzveltin nəticəsi

ABŞ-da benzinin qiymətləri tarixi maksimumu yeniləyib

Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri gözlənilir

“Bakı Marafonu 2022” başa çatıb, qaliblər müəyyənləşib - Fotolar

Ən çox oxunanalar