Şənbə, 10 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bali Zirvəsi və zirvəyə qatılmayacaq adamın kölgəsi...

O, artıq qərbliləri ələ sala bilməyəcək. Putin özü isə gülüş obyektnə çevrilməsinə dözə bilmir...

Gassan Serbil
“Şarkul Avsat” qəzeti, 14 noyabr 2022-ci il

Bali adasındakı füsunkar mənzərələr sabah öz işinə başlayacaq G20 Sammitinin üzərinə toplaşan qara buludları gizlədir. Ötən aylarda dünya bir-birinin ardınca bu zirvəyə mesajlar göndərərək, təhlükəsizliyindən, iqtisadiyyatından, sağlamlığından, ətraf mühitindən və gələcəyindən duyduğu qorxunun nə dərəcədə olduğunu gözlər önündə ortaya qoydu. İkinci Dünya Müharibəsi zamanı iki düşərgənin dünyada və ondan kənarda üzləşdiyi böhranların miqyasına baxaraq, hazırda yaşaşan böhranın ən dərin böhran olduğunu söyləyə bilərik.

Dünyanı əhatə edən problemlərin təhlükəsini təsdiqləmək üçün heç nə göstərməyə ehtiyac yoxdur. Ekranlara, qəzet başlıqlarına və müxtəlif yanğınlarla məşğul olan qərar mərkəzlərinin izahatlarına baxmaq kifayət edəcək. On illərdən sonra ilk dəfə olaraq məsuliyyət sahiblərinin kabinetlərində, vətəndaşların süfrələrində narahatlıq üçün bu qədər çox səbəblər yığılıb. Artıq nüvə silahından istifadənin mümkünlüyü tez-tez dilə gətirilir. Ukraynada açıq müharibə gedir, Qərb silahları Rusiya ordusuna ziyan vurur və geri çəkilir. Ukraynada və onun hüdudlarından kənarda rastlaşacaq həyəcanlı və qorxunc mənzərə...

Tayvanın gələcəyi ilə bağlı mövzu da ciddi sayılacaq Çin-ABŞ münaqişəsidir və belə görünür ki, dünyanın təjlükə reytinqində ilk üçlükdədir. Taxıl tədarükü problemi ilə bağlı narahatlıq getdikcə artır. Avropa sərt qışa hazırlaşır, çünki Avropa artıq Rusiyadan qaz almır.

İqtisadiyyatlarda və nəhəng korporasiyalarda inflyasiya, tənəzzül və şiddətli sarsıntılar gözləntisi haqqında qızğın məsləhətləşmələr aparılır. Bəlkə də ən ciddi mesaj Şarm əl-Şeyxdə keçirilən iqlim sammitindən gəldi. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi üzləşdiyimiz mənzərəni aşıq şəkldə ifadə etdi: “Ya həmrəylik olacağıq, ya da kütləvi intihar olacaq”.

Sammit iştirakçıları Baş katibin bu ifadələri işlədirkən problemi şişirtmədiyini hiss etdilər. Ağıl fəryadını orda-burda baş verən fəlakətlər və rəqəmlər də göztərir. Aydındır ki, bu mənzərə Bali dilində də təkrarllana bilər.

Vladimir Putinin sammitə qatılmaması isə təəccüblü deyildi. Ukraynada qopan müharibə küləkləri gəmiləri istənilən istiqamətə sövq etmir. Ardıcıl uğursuzluqlar silsiləsi indiyə qədər rus hərbçilərinin nüfuzuna xələl gətirib və hər zaman öz məharəti, hesablanmış və uğurlu hücumları ilə seçilən insanın imicini sarsıdıb.

Ukrayna ərazilərinin ilhaqı ilə bağlı qərar Putinin manevr etmə qabiliyyətinə mane oldu. Ukrayna ordusu tərəfindən Xersonun geri alınması Kreml lordunun vəziyyətini daha da çətinləşdirib. O, artıq qərbliləri ələ sala bilməyəcək. Putin özü isə gülüş obyektnə çevrilməsinə dözə bilmir. Uğursuzluqların ağırlığı altında danışıqlar aparmaq da mümkün deyil. Qərb ona Ukrayna əhalisinin payını verməyə hazır görünmür. Gərginliyi artırmamaq və ya daha tək qalmamaq üçün Putin Balidə liderlərin zirvəsinə qatılmamağa üstünlük verdi. Lakin jurnalistlərin konfrans otağına göndərdiyi mesajlarla Putinin kölgəsi Baliyə gəlib. Maraqlısı isə cavab matçının Ukrayna stadionunda nə vaxt keçiriləcəyidir.

Dünya belə qənaətə gəldi ki, Rusiyanın Balidə keçirilən G20 Sammitində iştirak etməmək qərarından sonra Ukraynada sülhün əsasını qoymaq üçün şərait yetişməyib. İndi çinlilər həmişəki kimi öz leksikonlarına və xarakterlərinə uyğun hərəkət etməyə üstünlük verirlər. Bu gün Bali adasının Bayden və Çin sədri Si Cinpin arasında görüş keçiriləcək. Çin liderinin imici Rusiya liderinin indiki imicindən fərqlidir. Si Çin Kommunist Partiyasının (ÇKP) 20-ci Qurultayında nəinki üçüncü rübdə hakimiyyətdə qalmaq, həm də Mao Tsedun kimi ömürlük hakimiyyətdə qalmaq hüququ da əldə etdii. O, Amerikanın Tayvandakı təxribatlarına ehtiyatsızlıqla deyil, qətiyyətlə müqavimət göstərdi. Əzələlərini göstərmədi və silahdan da istifadə etmədi.

Tayvan ətrafında ilk gülləni atmaq dünyanın öhdəsindən gələ bilməyəcəyi bir yük olardı. Cin hikmət ölkəsidir. Gözləmək çinlilərin ən yaxşı bacardığı şeydir. Xoşbəxtlikdən və dünyanın xeyrinə olaraq, Si Tayvan məsələsində Putinin Ukraynaya davrandığı kimi davranmadı. Göründüyü kimi, dünya fabrikinin lideri qlobal bədəndəki iqtisadi damarların bir-birinə necə bağlı olduğundan xəbərdardır. Çin və ABŞ-ın eyni gəmidə üzdüyünü və gəmini yandırmağın mümkünsüz olduğunu Si hamaıdan yaxşı anlayırdı.

Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Çin-ABŞ məsləhətləşmələrinin olması zərurətdir. Bu onu göstərir ki, Çin və Rusiya arasındakı “məhdud dostluq” Pekinin Moskvanın siyasətini tam şəkildə qəbul edəcəyi anlamına gəlmir. Aydındır ki, Si Putinin çoxqütblü dünya qurmaq üçün başlatdığı dünya çevrilişinə üstünlük verir, lakin bu regional liderlərin meydan ittifaqına çevirməyib. Si Ukrayna müharibəsində Qərbin aşkar qələbəsində maraqlı deyil, lakin görünür ki, o, münaqişəyə zərrə qədər qarışmamağa üstünlük verir. Rusiyanın Çin deyil, İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi buna sübutdur.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kamran Əliyev Nazim Zeynalovu vəzifəsindən azad etdi

Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə cərimə

DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - Foto

İranlı sünni din xadimi qaçırılaraq öldürüldü

Məsud Özildən Ronaldo barədə qalmaqallı paylaşım

Goranboyda Mərkəzi Xəstəxananın rəhbəri vətəndaşı vurub - Video

Çuxçe ölkəsinin qızı: Kim Çen Inın “qiymətli övladı” haqqında nə məlumdur…

Bakıda hərbi xidmətdəki oğlu ilə telefonla danışan qadını keçmiş əri öldürdü - Təfərrüat

"Çamadanla yolun qırağında qalmışdın” - Rəqsanə ilə Damla arasında qalmaqal

Ən çox oxunanalar