Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balanslaşdırılmış ədalət?.. - Millət vəkilindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına şərh

Azərbaycan və Ermənistan tərəfləri Beynəlxalq Ədalət Məhkəməsinin qərarını fərqli şəkildə şərh edir və bir-birlərini təkzib edərək, hər iki tərəf məhkəməni udduğunu iddia edir...

Fazil Mustafa: “Bütün hallarda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən işğalçılığının xüsüsi olaraq qınamaması onun ədalətli olduğu anlamına gəlmir”.

“Bu kimi məsələlərdə Azərbaycan tərəfinin mövqeyini açıq şəkildə hüquqi instansiyalara təqdim etməliyik. Nəticəsindən asılı olmayaraq biz bunu etməliyik”.

Bu sözləri millət vəkili Fazil Mustafa BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin dünən AzərbaycanErmənistanın iddiaları üzrə verdiyi qərarı PİA.az-a şərh edərkən qeyd edib.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin dünən AzərbaycanErmənistanın iddiaları üzrə qərar verib. Maraqlıdır ki, AzərbaycanErmənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin qərarını fərqli şəkildə şərh edir və bir-birlərini təkzib edərək, hər iki tərəf məhkəməni udduğunu iddia edir. Misal üçün Ermənistan tərəfləri əsirlərin təcili geri verilməsinin məhkəmə qərarında yer aldığını iddia edir, Azərbaycan tərəfi isə bildirir ki, məhkəmə öz qərarında Azərbaycanda erməni əsirlərinin olmadığını təsbit edib.

Ümumilikdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin dünən açıqladığı qərarları necə dəyərləndirmək olar və necə olur ki, heç də siyasi olmayan bir məhkəmə qərarı bu şəkildə fərqli şərh edilə bilir?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili, hüquqşünas Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Azərbaycanı məhkum edən, hansısa məsələdə ittiham edən qərar qəbul edilməsi absurddur”.

Biz bu ədalətsizliyin neçə illərdir içində olduğumuza görə bizə qarşı daha çox zərbələrin dəydiyini düşünən millət vəkili PİA.az-a bildirib ki, Azərbaycan bu məhkəmə qərarlarına çox da aludə olmadan gerçəkləri dünyaya çatdırmaq istiqamətində öz haqq mübarizəsini davam etdirməlidir:

“Əvvəla onu qeyd edim ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin konvensiyalarına nə Azərbaycan, nə də Ermənistan qoşulmayıb. Birinci absurd məsələ də budur. Ona görə də orada bağlayıcı qərarların olması məsələsi bir az şübhəlidir.

İkinci isə BMT-nin Ədalət Məhkəməsində müvəqqəti tədbir qərarları çıxıb. Bu tədbir qərarlarına da hesab edirəm ki, sadəcə hansısa bir prosesin məhkəmə işi baş çatana qədər icra etməmək baxımından yanaşılır. Amma bütün hallarda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən işğalçılığının xüsüsi olaraq qınamaması onun ədalətli olduğu anlamına gəlmir. Buna görə də burada bərabər tərəf kimi məsələyə baxışın özü belə ədalətsizlikdir.

Bütövlükdə isə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Azərbaycanı məhkum edən, hansısa məsələdə ittiham edən qərar qəbul edilməsi absurddur. Çünki heç bir əsas tapa bilməzlər ki, Azərbaycan hansısa erməni mədəni abidəsini dağıdıb. Yaxud da hansısa inanc yerini dağıdıb. Amma Azərbaycanın 67 məscidində 65-i Ermənistan məhv edib. Bu da Fakt Araşdırma Missiyası tərəfindən artıq qəbul olunub. Hətta Ermənistan azərbaycanlıların qəbiristanlığını da dağıdıb.

Fazil Mustafa: “İndi BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində belə ermənilərlə bizim aramızda bir balans yaratmağa çalışırlarsa, bu əslində elə ədalətsizliyin bir göstəricisidir”.

Buna görə də bu kimi məsələlərdə Azərbaycan tərəfinin mövqeyini açıq şəkildə hüquqi instansiyalara təqdim etməliyik. Nəticəsindən asılı olmayaraq biz bunu etməliyik. Onsuz da həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdədir.

İndi BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində belə ermənilərlə bizim aramızda bir balans yaratmağa çalışırlarsa, bu əslində elə ədalətsizliyin bir göstəricisidir.

Biz bu ədalətsizliyin neçə illərdir içində olduğumuza görə, bizə qarşı daha çox zərbələrin dəydiyinə görə, özümüzə aid olan həqiqətlərin doğru çatdırılması ənənəsini davam etdirməliyik. Azərbaycan bu məhkəmə qərarlarına çox da aludə olmadan gerçəkləri dünyaya çatdırmaq istiqamətində öz haqq işini davam etdirməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar