Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balakəndə narkotik vasitələrin emal edildiyi laboratoriya aşkarlanıb

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Tülü kənd sakini Elvin Abulovun fərdi yaşayış evinə baxış keçirilib. Nəticədə evin həyətyanı sahəsindən 35 ədəd xüsusi qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilib. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə E.Abulovun əmisinə məxsus, ancaq onun nəzarətində olan yardımçı tikilinin zirzəmisində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş, istilikvermə cihazları, işıq sistemi və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriyanın olduğu müəyyən edilib. Həmin laboratoriyadan, eləcə də yardımçı tikilidən və onun həyətyanı sahəsindən ümumilikdə 53 ədəd narkotik tərkibli bitkilər və kisələrdə 14 kiloqrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. E.Abulov şübhəli şəxs qismində tutularaq götürülmüş maddi sübutlarla birlikdə istintaqa təqdim olunub.Saxlanılan şəxs ifadəsində uzun müddət narkotik istifadəçisi olduğunu və çətənə kollarını mart ayında becərərək xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket: narkotik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar