Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Füzuliyə yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb - Yenilənib

Bakı-Füzuli istiqamətində yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb.

PİA.az xəbər verir ki, avtobus saat 7:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşüb.

Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərə açılan üçüncü müntəzəm marşrutdur. Bundan əvvəl isə AğdamŞuşa şəhərlərinə marşrut təşkil olunub.

***

"Bu gün işğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysimiz başlayır".

PİA.az xəbər verir ki, bunu Füzuli şəhərinə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O, bildirib ki, bu, yeni Bakı-Füzuli-Bakı maşrutudur:

"Reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq. Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını artıracağıq. Bu da təhlillərdən asılı olacaq. Reys ŞuşaAğdam reysi ilə tamamilə eyni formatda təşkil olunur. Belə ki, avtobus və sərnişinlər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Ziyarət yerlərində bələdçilər olacaq.

Sərnişinlər bizim tarixi və mənəvi abidələri ziyarət edə biləcəklər. Bu mərhələdə Merdinli kənd məscidi, Füzuli şəhərinin mərkəzi, yeni Beynəlxalq Füzuli Hava Limanı və Qarğabazar Karvansaray kompleksi ziyarət olunacaq. Növbəti mərhələlərdə digər abidələr də ziyarət olunan yerlərə əlavə ediləcək. Biletlər yalnız "Yolumuz Qarabağa" portalı üzərindən onlayn qaydada satılır. Kassalarda bilet yoxdur".

"Füzulini ziyarət etmək istəyənlərin aktivliyi kifayət qədər yüksək olub. İlk reysdə bütün biletlər satılıb. Avtobus 59 nəfərlikdir", - Xidmət rəisi əlavə edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar