Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda toy sahiblərini kütləvi şəkildə aldatdılar - Administrator tutuldu

Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praga” restoranında toy sahiblərini aldadaraq, onlardan külli miqdarda vəsait toplayıb, şəxsi işlərinə xərcləyən administratorla bağlı məhkəmə qərar verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ədalət Həsənov (soyadı şərtidir) 2018-ci ilin mart ayından “Mala Praga” restoranında administrator kimi işləyib. Həmin restoranda banket və toy məclisləri təşkil edib.

O, restoranda toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxsləri aldadaraq, 2022-ci ilin müxtəlif vaxtlarında onların toy və nişan mərasimlərinin keçirilməsi vaxtını təyin edib, aldığı pulları restorana ödəməyərək, şəxsi işlərinə xərcləyib.

Maddi imkanı yaxşı olmadığı üçün 2021-ci ilin dekabr ayından başlayaraq restorana gəlib toy və banket şənlikləri danışmaq istəyən şəxslərlə ünsiyyətdə olub, sonradan müştərilərlə özü gizlin şəkildə telefon əlaqəsi yaradaraq, həmin şəxslər üçün restoran rəhbərliyinin xəbəri olmadan endirim edib, əvvəlcədən beh vermələrini razılaşdırıb, aldığı pulun az qismini restoranın kitabçasında beh kimi yazdırıb, qalanını özü üçün götürüb.

O, zərərçəkmişlərdən - Yusif Babayevdən ümumilikdə 6 010, İsuliddin adlı şəxsdən 5 000, Nərmin və Ədalət adlı şəxslərdən 3 000, Teymur adlı vətəndaşdan 1 700, qohumu Günel Məmmədliyə toy etmək üçün zərərçəkmişdən 15 000 manat və digər şəxslərdən külli miqdarda vəsait alıb.

Məhkəmədə zərərçəkmiş şəxslər toy ərəfəsində keçirdikləri sarsıntıya görə təqsirləndirilən şəxslə barışmadıqlarını və onun cəzalandırılmasını tələb etdiklərini bildiriblər.

Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, üç il müddətinə azadlıqdan məhrum edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar