Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda şəhidin adına parkın və xatirə lövhəsinin açılışı olub

Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi Elşən Salayevin adına parkın və qəhrəmanın xatirə lövhəsinin açılışı olub.

"Report" xəbər verir ki, şəhidin vaxtilə yaşadığı Səməd bəy Mehmandarov küçəsi 26 ünvanında keçirilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra dövlət himni səsləndirilib.

Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Salayev Elşən Fuad oğlu 1998-ci il iyunun 8-də Bakı şəhərində anadan olub. 2019-cu ildə ali məktəbi bitirib.

2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Tərtərdəki "N" saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

Ötən ilin oktyabrın 15-dən ailəsi E.Salayevdən heç bir xəbər ala bilməyib. Təxminən 1 ay sonra onun şəhid olduğu məlum olub. Noyabrın 18-də Bakı şəhərində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə E.Salayev ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar