Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

Hər Yeni il paytaxtda qurulan yolkaların ətrafında şəkil üçün model olub sakinləri və qonaqları əyləndirən Şaxta babalarla Qar qızların bu il eyni fəaliyyəti gerçəkləşdirmək üçün lisenziyaya daha çox pul xərcləyəcəkləri məlum olub...

Yeni il personajlarına lisenziya verməkdə məsul olan qurumdan - Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il rüsumun məbləği 90 manat təşkil edir:

“90 manat rəsmi ödəniş edilir. Bununla da lisenziya verilir və fəaliyyət də rəsmi olur. Ötən il isə məbləğ 60 manat idi. Yanvar ayında qanunvericilikdə dəyişiklik oldu. Mövsümi və yüksək ticarət fəaliyyətinə görə rüsum 90 manat təyin olundu”.

Əlavə edilib ki, rüsum saya görə yox, müəyyən olunmuş yerlərə əsasən ödənilir:

“Öncə Şaxta baba və ya Qar qız fəaliyyət göstərəcəkləri yeri müəyyən edir, daha sonra lisenziya üçün müraciət edib, qeydiyyatdan keçirlər. Rüsum şəxslərin sayına görə ödənilmir. Şaxta baba və Qar qız cütlük şəklində rüsumu ödəyib, qeydiyyatdan keçir, bir ay fəaliyyət göstərirlər. Yəni insan sayı bizə önəmli deyil”.

İki il pandemiya müddətində Şaxta baba və Qar qızların sayı əvvəlki illərə nisbətən xeyli azalmışdı. Bu il hansı səviyyədə olacaqları maraq doğurur.

Qurumdan qeyd edilib ki, hələ çox tez olduğundan müraciət edənlər yoxdur:

“Əsasən, dekabrın 15-dən sonra müraciətlər başlayacaq. Müraciət olduğu halda rəsmi şəkildə icazələr veriləcək”.

Qeyd edək ki, paytaxtda Şaxta baba və Qar qızla şəkil çəkdirmək istəyən vətəndaşlar iki-üç manat civarında ödəniş edirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Ən çox oxunanalar