Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qadın şirkət rəhbərini zəhərləyərək yarım milyon dollarını mənimsəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

PİA.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ifadə verən şahid Gülçöhrə Mehdiyeva bildirib ki, işdə adı keçən şahid Mehriban Atakişiyevanın sifarişi ilə dualar yazıb:

"Uşaqlıqdan Quran dərslərini öyrənmişəm. Müxtəlif dualar yazırdım. Mehriban Atakişiyeva Nelli üçün zərərçəkmiş Əfqan Zeynalovun ona daha çox bağlanması üçün dualar yazdırdı. Buna görə, 1200 manat pul almışam. Nellinin atası və qardaşı üçün də barışıq duası yazmışam. Əfqan müəllimlə telefonda danışaraq hər şeyi etiraf etmişəm".

Daha sonra şahid qismində ifadə verən, şahid Mehriban Atakişiyevanın oğlu Vüqar Əliyev bildirib ki, 29 min manatlıq mikroavtobusun pulunu və evin təmirinə xərclədiyi 8 min manatı ona Nelli Fabriçnaya verib: "Anam mənə dedi ki, səni işlədiyim yerdə sürücü kimi işə düzəldəcəm. Lakin bunun üçün mikroavtobus almaq lazımdır. Əlimdə bir az pul var idi, anam da köməklik etdi 29 minə maşını aldım. Evin təmirinə isə 8 min pul xərclədik. Bu pulu da Nelli vermişdi. Ev üçün məişət avadanlıqlarını da Nellinin köməkliyi ilə almışıq. Nelli mənə bahalı telefon da aldı. Daha sonra bu pulların oğurluq olması üzə çıxanda maşını 25 minə satdım. Anam ümumilikdə 70 min manatı zərərçəkmiş Əfqan Zeynalova qaytardı".

Zərərçəkmiş şəxsin vəkili məhkəməyə mülki iddia qaldıraraq bildirib ki, təqsirləndirilən şəxsdən 706 min 646 manat tutulsun.

Məhkəmə yerində qısa müşavirədən sonra mülki iddia təmin edib.

Məhkəmə prosesi dekabrın 5-də davam edəcək.

İttihama əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa verib.

Təqsirləndirilən şəxs zərərçəkmiş Ə.Zeynalovun pullarını mənimsəmək üçün onun onu zəhərləyərək öldürmək istəyib.

pia.az 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar