Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məktəbin qarşısında polisə tabe olmayan şəxs həbs edilib

Məhkəmə paytaxtda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentlə bağlı qərar çıxarıb.

Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, “Opel Astra” markalı 99-RR-384 dövlət nömrə nişanlı avtomobillin sürücüsü Şükürlü Rüstəm Umud oğlu Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni əməlinə tabe olmama) maddəsi ilə 20 sutkalıq həbs cazası verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşlarının vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılmışdı. İddia edilir ki, polislər həmin şəxsi məktəbli övladlarının gözü qarşısında saxlayarkən döyüblər.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, həmin zaman polis əməkdaşları vətəndaşı döyməyiblər.

Bildirilib ki, polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar: “Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Hazırda araşdırmalar aparılır. Videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil. Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar