Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə Bakıda şəhidlərin xatirəsinə yürüş keçirilib - Yenilənib - Video

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib.

Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib. 

Yürüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib. 

Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə xatırlayır. 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. 

Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi. Düşmənin hədəf aldığı Gəncə şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın sonsuzluğunu bir daha nümayiş etdirib. 

Müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsi sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda həyat yenidən canlanır, həmin ərazilərə insanlarımızın qayıtması üçün şərait yaradılır.

Fotolar

***

27 Sentyabr - Anım Günü ilə əlaqədar bütün ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilir.

Bakıdan gələn görüntülər hər kəsin diqqətini çəkib. Belə ki, paytaxtın mərkəzi yolların birində hərbçilərin əllərində İkinci Qarabağ müharibəsi şəhidlərinin portretləri ilə yürüş həyata keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Ən çox oxunanalar