Bazar, 16 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt ərazisində qətl törətməkdə təqsirləndirilən Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində qeydə alınıb.

Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.

İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının şok səbəbləri

Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - Foto

Türkiyənin Azərbaycandakı səfiri:" Son 30 ilin ən önəmli nöqtəsi Qarabağ zəfəridir" - Video

Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək

Ermənistanın müdafiə naziri keçmiş katibəsi ilə evlənir

Çeçen-inquş “fay xətti”ndə yeni gərginlik: İnquşlar Kadırov qarşısında 3 tələb qoydular...

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik

“The Economist”: “Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır”

Azərbaycan Andranik Aleksanyanı Ermənistana təhvil verdi

Ən çox oxunanalar