Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda daha bir marşrut kart sisteminə keçir

Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 15.06.2021-ci il tarixindən 76 nömrəli marşrut xətti (“Neftçilər” metrostansiyası – Bakıxanov dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Eldar Xəlilov küç., Sülh küç., Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.)  X.Xasməmmədov 78A (Bakıxanov qəs.), Nazim İsmayılov 7 (Bakıxanov qəs.), Əzim Əzimzadə 34/64 (Nizami rayonu), Sakit Qocayev küç. (Suraxanı rayonu) ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Zülfüqarovdan Jirinovskiyə reaksiya: "Klounu iqnor etmk lazımdır"

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Ermənistana yeni müdafiə naziri təyin edildi - Yenilənib

Qarabağ qazisi icra başçısı tərəfindən təhdid edilir - Foto

Ən çox oxunanalar