Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda baş vermiş yanğından onlarla sahibkar zərər çəkdi

Bakının Nərimanov rayonu Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın nəticəsində onlarla sahibkara ziyan dəyib. virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, hazırda sahibkarlar əraziyə toplaşıblar və məmurlarla görüşü gözləyirlər.

Yanğın 300 kvadrat metr ərazidəki alış-veriş meydançasını məhv edib. Həmin ərazidə 130-dan çox pərakəndə satış nöqtəsi var idi. Sahibkarlar bir neçə kvadrat metr ticarət sahəsi icarəyə götürdülər. Burada bir pərakəndə satış məntəqəsinin kirayə qiyməti 650-2000 manat arasında dəyişirdi.

Zərərçəkmiş sahibkarlardan Pərviz Dadaşev virtualaz.org-un əməkdaşına bildirib ki, burada 80-dən çox sahibkar obyektin ticarət nöqtələrini kirayələmişdi. Onlar burada paltar, məktəb ləvazimatları və ev əşyaları satırdılar.

Yanğın səhər tezdən baş verdiyindən tacirlər mallarını oddan çıxara bilməyiblər. Pərviz Dadaşev deyir ki, şəxsən özü yanğında 50-60 min manatlıq malını itirib.  Yanımda dayanan qadın da 80 min manatlıq mal itirdiyini bildirib. Bir çox sahibkar banklara böyük məbləğdə pul borcludur.

Sahibkarlara dəymiş iqtisadi ziyanın ümumi miqdarı hələ dəqiqləşdiriləcək. Məsələ ondadır ki, bu obyektdəki ticarətçilərdən heç birinin sığortası yox idi. Buna görə onlara kompensasiya verilib-verilməyəcəyi hələ məlun deyil. Tacirlər jurnalistlərlə söhbətdən də imtina edirlər, çünki kompensasiya almayacaqlarından qorxurlar.

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar