Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ahıl kişini daşla vurub, 540 manatını oğurlayıblar - Video

Bakıda ahıl yaşlı kişinin başına daş parçası ilə vuraraq ona qarşı quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, yanvarın 17-də paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər vətəndaş Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb.

Daha sonra həmin şəxs zərərçəkənin üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkənin izahatı alınıb. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılaraq Polis Şöbəsinə gətirilib və istintaqa təhvil verilib. Samir Xudaverdiyev ifadəsində hadisə günü zərərçəkəni metronun “28 May” stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Samir Xudaverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Samir Xudaverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar