Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 75 manata satılan dərman Türkiyədə beş dəfə ucuzdur - Foto

Sosial şəbəkələrdə daha bir dərmanın qiymətinin qalxması müzakirələrə səbəb olub...

Bildirilib ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuzdur.

Qafqazinfo” xəbər verir ki, diabet xəstələrinin müalicəsində istifadə olunan dərmanın bir qutusu Türkiyədə 153,51 TL-yə (13 manat 99 qəpik) satılır. Yəni Bakıda bir qutuya veriləcək pulla qardaş ölkədə təxminən 5 qutu dərman almaq mümkündür.

Xatırladaq ki, qiymət artımı müşahidə olunan tək dərman preparatı bu deyil. Daha əvvəl də belə hallar aşkar olunmuşdu. Belə ki, sentyabr ayında apteklərdə yodun tapılmaması daha sonra onun qiymətinin kəskin artması ilə nəticələnmişdi. Əvvəllər 40 qəpiyə satılan yod hazırda 1,20 manatadır.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında da dərmanların qiyməti müzakirə olunub.

pia.az


Etiket: dərman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar