Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda 67 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

Bu gün axşam pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

PİA.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 12 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 67 müntəzəm marşrut xətti üzrə 140 avtobusun hərəkət intervalında gecikmələr var.

1.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində də nəqliyyat sıxlığı var. Bu səbəbdən də həmin ərazidən keçən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda gecikmə 12-15 dəqiqəyə yaxın müşahidə olunur/

2. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqəyə gecikmə müşahidə olunur.

3. Bakı-Sumqayıt şosesində-Şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində isə 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervalda 11-18 dəqiqə gecikmə var.

4. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallar 10-12 ləngiyir.

5. Binəqədi şosesi-Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslararası intervallarda gecikmə 13-18 dəqiqədir.

6. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə yaranıb.

7. Yavər Əliyev küçəsi Aeroport şosesi istiqamətində 35, 40, 49, 76, 113 və 208 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 5-7 dəqiqə gecikmə müşahidə olunur.

8. Zabrat Şosesi-Maşdağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 7-10 dəqiqə gecikmə müşahidə olunur.

9. Tbilisi prospekti-20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.

10. Koroğlu Rəhimov küçəsi-hər iki istiqamətində sıxlıq səbəbindən də həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-18 dəqiqəyə gecikmə müşahidə olunur.

11. Azadlıq pr. 28 May m/s istiqamətində sıxlıq səbəbindən də 5, 88, 125 və 127 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə müşahidə olunur.

12. Qara Qarayev prospekti Ziya Bünyadov prospekti istiqamətində 1, 7A, 11, 15, 44 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-18 dəqiqə gecikmə müşahidə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Hərbçimiz qətlə yetirilib, tutulan var - Yenilənib

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı - Putin ordunu Ukraynadan çıxarmalıdır

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Ərdoğan və Zelenski arasında görüş olub - Yenilənib

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb

Ən çox oxunanalar