Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransının açılış mərasimi keçirilir

Bu gün Bakıda 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransının (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimi keçirilir...

"Report" xəbər verir ki, tədbirdə yüksək vəzifəli şəxslər, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarının rəhbərləri, 50-yə yaxın ölkəni, beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak edirlər.

Konfrans GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov çıxış edərək Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya istiqamətində uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasət həyata keçirdiyini, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini diqqətə çatdırıb. Azərbaycanla Avropa İttifaqı arasında genişspektrli əməkdaşlığın tarixindən bəhs edən akademik bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən başlayaraq ikitərəfli əlaqələrdə yeni mərhələnin başladığını qeyd edib.

A.Həşimov IV Sənaye İnqilabı nəticəsində bütün fəaliyyət sahələri kimi, elm və təhsilin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Azərbaycan dövləti ölkəmizdə IV Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.

Alimin sözlərinə görə, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropaya inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək. O, belə nüfuzlu konfransın ölkəmizdə keçirilməsinin Aİ-nın Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisi olduğunu deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

"Ehtiyatlı, diqqətli olun!" - iranlı deputat Bakını hədələdi

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə - balqabaq şirəsi və bal

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - Foto, Video

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - Foto

Ən çox oxunanalar