Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Mehtiyev Vüsal Rizvan oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
pia.az