Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 14 il sonra həbsdən çıxan keçmiş məhbus utandığı üçün evinə getməyib

Xəbər verdiyimiz kimi, Bakıda 14 il həbsdə olan şəxs azadlığa çıxdığı gün itkin düşmüşdü.

Qafqazinfo” xəbər verir ki, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonunda, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında skamyada yatarkən aşkarlanıb.

O bildirib ki, 14 il əvvəl qayınatası Qədir Abbasovu qətlə yetirib, buna görə həbsdən çıxdıqdan sonra kəndə qayıtmağa üzü olmayıb və parklarda gecələmək qərarına gəlib.

E.Əmrahov ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ağcabədi rayon sakini İntizam Əmrahov 102 xidmətinə müraciət edərək bildirib ki, əmisi, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov iyulun 15-də Xəzər rayonunda yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra itkin düşüb.

Bildirilib ki, E.Əmrahov 2007-ci ildə həbs edilib və iyulun 15-də 14 illik cəzasını başa vurduğu üçün azadlığa buraxılıb.

Ağcabədi rayonunun Aran kənd sakini Eyvaz Əmrahov 2007-ci ildə ailə-məişət zəminində Cəbrayıl rayon sakinləri Qədir Abbasov və Fərəc Qurbanovu bıçaqlayıb. Nəticədə xəsarət almış Q.Abbasov xəstəxanada ölüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar