Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Olimpiya Stadionu AVRO-2020-yə hazırdır - Video

“Hazırlıqlar tam gücü ilə davam edir. Artıq İsveçrə və Uels yığmaları Bakıya gəlib. Türkiyə milli komandası ilk oyununu İtaliyada keçirəcək, ona görə də ölkəmizə iyunun 12-də təşrif buyuracaq”.

Bunu “Report”a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. Onun sözlərinə görə, hazırda bütün oyunlara bilet satışı davam edir: “Mayın 15-dən oyunların biletləri satışa çıxarılıb. Təbii ki, Türkiyə millisinin burada oynayacağı qarşılaşmalara maraq daha çoxdur. Bu komandanın iyunun 16-da Uelslə keçirəcəyi oyuna 18 mindən artıq bilet satılıb. Azarkeşləri ən çox maraqlandıran suallardan biri stadiona giriş zamanı COVID-19 pasportunun tələb olunub-olunmamasıdır. Nəzərinizə çatdırım ki, bununla bağlı elə böyük tələb yoxdur. Təkcə stadiona daxil olacaq hər bir azarkeş üçün hərarətin ölçülməsi proseduru həyata keçiriləcək. Temperatur normaldırsa, o, dərhal stadiona keçə bilər".

Firuz Abdulla

AFFA-nın sözçüsü xüsusilə vurğulayıb ki, oyunlar günü Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında bilet satışı həyata keçirilməyəcək: “Onlar ən azı oyunlara 1 gün qalmış biletləri almalıdırlar. Şəhərin iki nöqtəsindən BOS-a azarkeşləri daşıyacaq ekspress avtobus xətləri fəaliyyət göstərəcək. Bunlardan biri Səməd Vurğun bağının yaxınlığından, digər isə metronun Qara Qarayev stansiyasının yaxınlığındakı "Sevinc" kinoteatrı önündən yola düşəcək. Bakıda oynayacaq komandaların azarkeşləri üçün 2 toplanma məntəqəsi olacaq. Oyun günü metro da fəaliyyət göstərəcək. Taksi xidməti ilə də stadiona getmək mümkündür. Maşın buraxılışı yoxdursa, şəxsi avtomobillərdən istifadə edilməməsi tövsiyə olunur”.

F,Abdulla stadionda azarkeş tutumunun artırılma məsələsinin gündəmdə olmadığını da diqqətə çatdırıb: “Bu məsələ əvvəlcədən UEFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarda öz əksini tapmışdı. Yəni, stadionlara azarkeşlərin buraxılma faizi oyunlara ev sahibliyi edəcək ölkələrin yerli dövlət strukturları ilə razılaşdırılmış şəkildə həyata keçirilməlidir. Azərbaycanda da belə məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahla uzun müddət müzakirə olundu və qəbul olunan qərar stadionun ümumi tutumunun 50 faizə qədəri kimi təsbit olundu. Hələlik azarkeş artımı ilə bağlı məsələ gündəmdə deyil”.

Həmkarımızın sözlərinə görə, Uels millisi "Hilton" otelində, İsveçrə yığması "Bilgah Beach"də qalır, Türkiyə komandası isə "Fairmont" otelində məskunlaşacaq: “Məşq yerləri də fərqlidir. Uelslilər Tofiq Bəhramov adına Respublika stadionunda, İsveçrəlilər "Dalğa Arena"da, türkiyəlilər isə "Bakcell Arena"da məşqlərini keçirəcək”.

BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə isə “Report” bildirib ki, pandemiyanın gətirdiyi dəyişikliklər təkcə stadionda 50 faiz tamaşaçı tutumu ilə məhdudlaşmır: “Biz ənənəvi öyrəşdiyimiz mətbuat konfransı və miks zonanı görməyəcəyik. Artıq burada jurnalistlər suallarını xüsusi öncədən təyin edilmiş proqram vasitəsilə baş məşqçi və futbolçulara ötürəcək və cavablar alacaqlar”.

Fərid Əsədzadə

BOS rəsmisinin sözlərinə görə, tədbirlər çərçivəsində stadionun giriş-çıxış məntəqələrində tribunalara daxil olarkən qida köşklərinin qarşısında ara məsafəsini qorumaq üçün nişanlar qoyulub. Ara məsafəsi tribunalarda oturacaqlar arasında da qorunacaq: “Bu barədə gələn tamaşaçıları maarifləndirmək üçün əməkdaşlar və könüllülər təlimatlandırılıb. Biletlər elə satılacaq ki, tamaşaçılar yanaşı düşməsinlər, onların arasında bir boş oturacaq olsun. Qida köşklərində hər hansı ünsiyyətin olmaması üçün şüşə arakəsmələrdən istifadə olunacaq. Tamaşaçıların bilet yoxlanışından öncə hərarətləri yoxlanılacaq. Kiminsə hərarəti yüksək olarsa tibb məntəqəsinə göndəriləcək”.

Qeyd edək ki, BOS-da iyunun 12-də İsveçrə - Uels, iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də Türkiyə - İsveçrə və iyulun 3-də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar