Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə əlaqədar hərəkətə keçdi

“Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”...

Bakıda elektirik enerjisinin kəsintisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.

PİA.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Belə ki, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Həmçinin elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb. Onların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

“Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”, - qurum bəyan edib.

pia.az




Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar