Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı dünyanın maliyyə mərkəzləri reytinqində mövqeyini yaxşılaşdırıb

Bakı şəhəri “Z/Yen Group Ltd” maliyyə və konsaltinq şirkətinin hər 6 aydan bir açıqladığı dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində pillə irəliləyək 105-ci yeri tutub.

“Report” “The Global Financial Centres Index 30” hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtı, reytinqdə 22 pillə geriləyərək 110-cu pilləyə enmiş Sankt-Peterburq (Rusiya) və 13 pillə geriləyərək 109-cu yerdə qərarlaşmış Tehran (İran) şəhərlərini arxada qoyub.

Reytinqdə I pillədə hələ də ABŞ-ın Nyu-York şəhəridir. O, II pillədəki London şəhərini (Böyük Britaniya) 22 bənd qabaqlayır.

III pilləyə yüksəlmiş Honkonq Böyük Britaniyanın paytaxtından 24 bənd geri qalır. İlk onluğa həmçinin Sinqapur, San-Fransisko (ABŞ), Şanxay (Çin), Los-Anceles (ABŞ), Pekin (Çin), Tokio (Yaponiya) və Paris (Fransa) daxildir. Siyahıda 15 pillə irəliləmiş Moskva (Rusiya) reytinqdə 50-ci, Nur-Sultan (Qazaxıstan) 75-ci, Almatı (Qazaxıstan) 83-cü yerlərdədir.

Son reytinq 12,86 mindən çox respondentin rəyi əsasında tərtib edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar