48 min ildir yuxuda olan virus oyandı...
PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bütün dünyaya verdiyi proqnozlarla tanınan kor kahin Baba Vanqanın 2022-ci illə bağlı daha bir iddiası gerçəkləşib. Sibirdə 48.500 il əvvəl donmuş virus buzlaqların əriməsi ilə yenidən ortaya çıxdı. Kahin belə bir virusun 2022-ci ildə ortaya çıxacağını irəli sürmüşdü.
Proqnozları ilə dünyaya damğasını vuran Baba Vanqanın ardıcılları onu 16-cı əsr kahini Nostradamusa bərabər hesab edirlər. 1911-ci il təvəllüdlü bolqar mistik Vangeliya Pandeva Quşterova bu dəfə 2022-ci il proqnozu ilə gündəmdədir.
Əvvəllər də bir çox hadisəni öncədən bilən Baba Vanqa illər əvvəl yeni bir fəlakətin siqnalını vermişdi. Baba Vanqa Sibirdə ölümcül bir virusun aşkar ediləcəyini proqnozlaşdırmışdı. Bu yaxınlarda isə donmuş ərazidə gizlənmiş ölümcül virusun qlobal istiləşmə ilə birlikdə ortaya çıxacağı bəlli olub. Virusun yayılacağı və tez nəzarətdən çıxacağı da onun proqnozları arasında idi. Vanqanın bu kəhanəti yaxın zamanda elmi araşdırmalarla öz təsdiqini tapıb.
Sibirdə araşdırmalarını sürətləndirən elm adamları ortaya çıxan bu virusun yeni bir pandemiya yaratma təhlükəsi barədə xəbərdarlıq veriblər.
Hələ ki, insanlar üçün təhlükə yaratmır
Fransanın Eks-Marsel Universitetinin virusoloqu Jan-Mişel Klaveri “New Scientist”ə verdiyi açıqlamada: “48,500 il dünya rekordudur”, deyib. “Pandoravirus yedoma” adlanan virusun pitovirusdan sonra bilinən ikinci ən böyük virus olduğu deyilir. Pandoravirusun uzunluğu bir mikrometr, eni isə 0,5 mikrometrdir. Alimlər bildiriblər ki, virus hələlik bitki və heyvanlara deyil, amöb kimi tanınan təkhüceyrəli orqanizmlərə yoluxur.
pia.az