Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZTV-nin sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - Fotolar

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun istifadəsində olan 10-AA-400 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil şəhərin mərkəzində yol hərəkəti qaydalarını kobud və nümayişkəranə şəkildə pozub.

Bu barədə məlumatı və hadisəni təsvir edən fotonu Editor.az-ın redaksiyasına oxuculardan biri göndərib. Hadisənin şahidi olan oxucumuz iddia edir ki, AZTV sədrinə məxsus nəqliyyat vasitəsinin sürücüsü Səbail rayonu ərazisində, Dövlət Kukla Teatrının önündə qadağan olunmuş ərazidə avtomobili saxlayaraq, avtobusların dayanacağını zəbt edib.

Oxucumuz qeyd edir ki, hadisənin ən ilginc tərəfi odur ki, sürücüsü qaydaları pozaraq avtomobili nümayişkəranə şəkildə qadağan edilmiş ərazidə saxlayarkən AZTV sədri Rövşən Məmmədov da maşının içində olub. Hətta sürücü avtomobili yolun ortasında saxlayıb sədr Rövşən Məmmədovu mühafizə edirmiş kimi Dənizkənarı Bulvara doğru bir xeyli müşayət edib.

Bu halında xeyli məmnun olan AZTV sədri sürücüsünün bu qanunsuz addımına etiraz etməyib.

Avtomobilin avtobusların dayancağını zəbt etməsi digər sürücülər və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsi və digər müvafiq qurumların da münasibətini dərc etməyə çalışacağıq.

Rövşən Məmmədov və ya AZTV rəsmiləri arzu edərlərsə mövqelərini dərc edə bilərik.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar