Çərşənbə, 17 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Azərsun” duru yağların qiymətini artırdı... - Monopolist istehsalçının bunun üçün zəruri səbəbləri var?

Qiymət artımının səviyyəsi onu göstərir ki, ilin sonuna qədər vətəndaşların indiki maaş, pensiya, müavinət gəlirləri qida və gündəlik xərclərin 50 faizini qarşılaya bilməyəcək...

Azad İstehlakçılar Birliyinin sədri: “Məndə olan məlumata görə “Azərsun” kənar ölkələrdən xammal yağı alır, ölkədə onu təmizləyir və qablaşdırır”.

Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bir bazar olduğuna görə, dünya bazarındakı qiymət artımı Azərbaycandan da yan keçmir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Azərsun” Holdinqin istehsal etdiyi duru yağların topdansatış qiymətini yenidən 13 faizə yaxın bahalaşdırmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

“Azərsun” Holdinqin istehsal etdiyi duru yağların topdansatış qiyməti yenidən 13 faizə yaxın bahalaşıb. Başqa ərzaq məhsullarının qiyməti də durmadan artır. Məsələn, “Azərsun”un istehsal etdiyi şəkər tozu ötən ilki qiymətdən təxminən 70 faiz baha satılır. Qiymət artımının səviyyəsi onu göstərir ki, ilin sonuna qədər vətəndaşların indiki maaş, pensiya, müavinət gəlirləri qida və gündəlik xərclərin 50 faizini qarşılaya bilməyəcək.

Qeyd edək ki, “Azərsun” Holdinq qida sahəsində ölkədə monopoliyaya sahib olan əsas şirkətlərindən biridir.

Bəs indiki şəraitdə monopolist mövqeyə sahib olan “Azərsun” Holdinqin yağın qiymətini artırmaq üçün zəruri tələbatı mövcud idimi?

Azərbaycanda duru yağların qiymətinin artma səbəblərini PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: ““Azərsun”dan başqa da bazarda böyük yağ idxalçıları, qablaşdırıcıları peyda olmalıdır”.

Azərsunun yağ bazarında qiymətləri sabit saxlamaq üçün müvafiq işləri aparacağına inanan Azad İstehlakçılar Birliyinin sədri PİA.az-a bildirib ki, qiymət artımında bəzən məcburiyyət məsələsi də ortaya çıxır ki, bu da bir çox amillərdən asılı olur:

“Məndə olan məlumata görə Azərsun kənar ölkələrdən xammal yağı alır, ölkədə onu təmizləyir və qablaşdırır. Azərbaycanın yağ bazarında stabil qiymətin olmasında “Azərsun”un böyük rolu var. Hələ bir il bundan öncə Rusiyada duru yağlar 70 faizə qədər bahalaşdı. Ukraynada başlayan müharibədən sonra isə bütün dünyada duru yağlarla bağlı qıtlıq hiss olunmaqdadır. Çünki dünya bazarına çıxarılan duru yağların 30-35 faizi Ukraynada istehsal olunur. Müharibə səbəindən Qara dənizdə ticarət yollarının bağlanması da dünya bazarında qiymət artımında rol oynayır. Digər tərəfdən isə dünya bazarında əsas duru yağ istehsalçılarından biri olan Rusiyada duru yağın ixracına qadağa qoyub və bu qadağa əsasən Qərb ölkələrinə aiddir.

Eyyub Hüseynov: “Rusiya-Ukrayna müharibəsi, böyük yağ ixracatçısı olan bu ölkələrdə baş verənlər, əlbəttə ki, Azərbaycan bazarına, o cümlədən Azərsuna təsir etməyə bilməzdi”.

Bu günə qədər isə “Azərsun” Azərbaycanda duru yağların qiymətini stabil saxlaya bilirdi. Görünür ki, bu daha mümkün deyil.

“Azərsun”dan başqa 20-ə yaxın hüquqi və fiziki şəxs Azərbaycana duru yağ gətirir. Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bir bazar olduğuna görə dünya bazarındakı qiymət artımı Azərbaycandan da yan keçmir. Düşünürəm ki, Azərbaycanda yağ bazarının sabit qalması üçün hökumət laızmı işləri aparmalıdır. Azad bazar iqtisadiyyatı fəndlərindən tam istifadə olunmalıdır. Bazara yeni oyunçular da gəlməlidir. “Azərsun”dan başqa da bazarda böyük yağ idxalçıları, qablaşdırıcıları peyda olmalıdır.

Hesab edirəm ki, “Azərsun” yağ bazarında qiymətləri sabit saxlamaq üçün müvafiq işləri aparacaq. Lakin qiymət artımında bəzən məcburiyyət məsələsi də ortaya çıxır ki, bu da bir çox amillərdən asılı olur. Yəni dünya bazarında yağların qiymətinin bu qədər qalxması və Rusiya-Ukrayna müharibəsi, böyük yağ ixracatçısı olan bu ölkələrdə baş verənlər, əlbəttə ki, Azərbaycan bazarına, o cümlədən Azərsuna təsir etməyə bilməzdi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Generalın köməkçisi intim videoları hansı məqsədlə çəkib?

Ağsaqqal deputatdan şok açıqlama: “Ola bilsin, FHN əməkdaşlarının bir-birilərinə məhəbbətləri olub”

FHN-dəki intim qalmaqal: videodakı xanımla bağlı məlumatlar

Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən getmək istəyir - Sumqayıt Gömrüyündə yoxlamalar...

FHN-in intim görüntüləri yayılan qadın əməkdaşı intihar edib?

Rusiya MN Krımda baş verən partlayışı diversiya adlandırıb - Yenilənib

Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub - Yenilənib

Sabiq deputat: "Kəmaləddin Heydərov o postda həddən artıq çox oturdu"

Həbs edilən "Şah Kargo"nun rəhbəri büdcəyə neçə milyon ziyan vurub?

Kəmaləddin Heydərov üçün ağır zərbə: Video niyə yayıldı?

Tayvan uğrunda Çin-ABŞ mübarizəsi - Bu mübarizə müharibəyə çevrilə bilərmi?

Ən çox oxunanalar