Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəristiliktəchizat”a borc üzündən Bakıda şagirdlər soyuqdan donur

Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 4 saylı məktəbin şagirdləri soyuqdan donur...

PİA.az-a şagirdlərin valideynlərinin verdiyi məlumata görə, Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəbin şagirdləri qış düşəndən bəri sinif otaqlarında soyuqdan donmaq üzrədir.

Məktəbdə oxuyan şagirdlərin valideynlərindən daxil olan şikayətdə bildirilir ki, noyabrınmn 15-dən bəri məktəblərdə qızdırıcı sistemlər işlədilmir. Valideynlərin çoxu uşaqlarını məktəbə göndərmir. Hər sinif otağında 2-3 şagirdə dərsə gəlir. Dərsə gələn şagirdlər isə 2 dərsdən sonra müəllimlər tərəfindən evə göndərilir. Çünki müəllimlər özləri də sinif otaqlarında otura bilmirlər.

Valideynlər bildirir ki, problemdən Təhsil nazirliyinin də məlumatı var, lakin məktəbə istilik verilməsi ilə bağlı heç bir addım atılmır.

Məlumata görə, şəhərcikdə yalnız bir qazanxana mövcuddur. Bu qazanxana həm şəhərcikdə binaların, həm də məktəblərin istilik təminatını həyata keçirir. Lakin iki dövlət qurumu arasında həll edilməyən problemə görə qazanxana işlədilmir.

Belə ki, “Azəristiliktəchizat” borca görə qazanxananı işlətmir və dolayısı ilə məktəblər də isinmir. Bunun cəzasını isə əksəriyyəti azyaşlı uşaqlar olan məktəb şagirdləri çəkir.

Problemin həllinə isə heç kim yaxın durmur; nə Təhsil nazirliyi, nə “Qaçqınkom”, nə də “Azəristiliktəchizat”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar