Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Azəriqaz” qazi və şəhid ailəsinin müraciətini təmin edib - Video

Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən daxil olan müraciətlər sırasında şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.

Bəxtiyar Nəsibov Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib, ikinci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Qısa bir müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Şəmkir rayonunda yaşayan şəhid atası Hacı Abbasovun da müraciəti cavabsız qalmayıb. Onun oğlu Zaur Abbasov Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atası Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Dərhal rəhbərliyin tapşırığı ilə fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı

Ən çox oxunanalar