Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” 7 yaşayış məntəqəsində 800-ə yaxın evə qaz verib

Yaşayış məntəqələrinin qazlaşdırılmasını daim diqqətdə saxlayan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu həftə də bir neçə məntəqəyə qaz verilməsini təmin edib.

PİA.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Ağdaş rayonunda 2 kəndin qazlaşdırılması işləri yekunlaşıb. Eymur kəndində 132, Ağcaqovaq kəndində isə 33 fərdi yaşayış evinə təbii qazın açılışı baş tutub.

2020-ci ildə həyata keçirilən genişmiqyaslı qazlaşdırma işləri çərçivəsində Göyçay rayonunun Yenikənd kəndində 60 fərdi yaşayış evi qazla təmin olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi ucqar kəndlərdə də qaz çəkilişlərini icra edib.

İsmayıllı rayonunun Bizlan kəndində 107 fərdi yaşayış evi təbii qazla təmin olunub. Şabran rayonunun Əmirxanlı kəndində 307, Vələsli kəndində isə 50 fərdi yaşayış evi təbii qaz alıb. Siyəzən rayonunun Qalaltı kəndinin 98 fərdi yaşayış evi də təbii qazla təchiz edilən yaşayış məntəqələrinin sırasındadır.

Yuxarıda sadalanan yaşayış məntəqələrininin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 73 km-ə yaxın müxtəlif diametrli polad borularla və 14 km-ə yaxın polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar