Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

Azərbaycan Uşaq Qaynar Xətti konfrans çərçivəsində baş tutan sərgidə çap və rəqəmsal materiallarını təqdim edib...

2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xəttlərinin 10-cu beynəlxalq məsləhətləşmə konfransında iştirak edib.

27-29 Sentyabr 2022-ci il tarixlərində Stokholmda baş tutan konfransda xidmətin direktoru Kəmalə Aşumova təşkilatın zəng və müraciətlərə təcili və effektli cavabvermə təcrübəsini bölüşüb. O, auditoriyanı xidmətin qısa nömrəsi olan 116111 və 24/7 rejimdə çalışaraq ehtiyacı olan uşaqlara dəstək verən mobil tətbiqlər haqqında məlumatlandırıb.

Eləcə də iştirakçılara Uşaq Qaynar Xəttinin təxirəsalınmaz onlayn, ardınca üzbəüz konsultasiyaları və fərdi şəkildə hazırlanan reabilitasiya planları haqqında məlumat verilib. Xidmətin direktoru bu istiqamətdə davamlılığı təmin etmək üçün böyük kommersiya şirkətləri ilə əməkdaşlığın önəmini də vurğulayaraq, “Azercell”lə onillik əməkdaşlığı uğurlu nümunə kimi göstərib.

Bundan əlavə, Azərbaycan Uşaq Qaynar Xətti konfrans çərçivəsində baş tutan sərgidə çap və rəqəmsal materiallarını təqdim edib.

10-cu Beynəlxalq Uşaq Qaynar Xətt Konsultasiyasında əsas diqqət xüsusilə COVID-19 və kəskin böhran durumlarından biri olan müharibələr zamanı uşaq və gənclərin mental sağlamlığına yönəldilib. İsveç Kraliçası Əlahəzrət Silvianın açılış nitqi ilə çıxış etdiyi konfransda İsveç Uşaq Qaynar Xətti üzvlərinin rəylərinə əsasən, bütün dünyada uşaqların Qaynar Xəttə əsas müraciət etmə səbəbləri psixi sağlamlıq və şiddətlə bağlı olaraq qalır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

"Ehtiyatlı, diqqətli olun!" - iranlı deputat Bakını hədələdi

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə - balqabaq şirəsi və bal

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - Foto, Video

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Hulusi Akar israilli həmkarı ilə kritik məsələləri müzakirə edib

Ən çox oxunanalar