Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkəsi ilə təmin edib

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Şirkətdən PİA.az-a verilən məlumata görə konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.

Azercell şirkətinin texniki dəstəyilə konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli internet xidmətləri ilə təmin olunublar. Azercell-in şəbəkəsi konfransın bəzi iclaslarının videoformatda - onlayn şəkildə keçirilməsini də mümkün edib.

Qeyd edək ki, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər Azercell-in 2G/3G/4G standartlarını dəstəkləyən mobil şəbəkəsi ilə əhatə olunub.

Nəzərə çatdıraq ki, Azercell şirkəti öz abunəçilərinə Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını da yaradıb. Azercell-in “Kabinetim” tətbiqi üzərindən 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürülməsi də hələ müharibənin ilk günlərindən mümkün olmuşdur.

Azercell Qarabağ və ətraf bölgələrdə mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir ki, bu da həmin ərazilərin sürətli inkişafına öz töhfəsini verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar