Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılarla quda olan məşhur əcnəbilər: Van Damm, keçmiş prezident, eks-səfir… – Foto

Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması dünəndən sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Görürən odur ki, bu izdivac hələ bir müddət gündəmdə qalacaq.

Xatırladaq ki, 21 yaşlı azərbaycanlı pianoçu Suada Hacızadə ilə 34 yaşlı Hollivud aktyoru Kristofer Van Barenberqin nikahı iki gün öncə Azərbaycanın İstanbuldakı Baş konsulluğunda kəsilib.

Yeri gəlmişkən, Jan-Klod Van Damm azərbaycanlılarla qohum olan ilk əcnəbi məşhur deyil. Ondan əvvəl də azərbaycanlı qızları evinə gəlin köçürən əcnəbi məşhurlar olub.

Suada Hacızadə və Van Dammın oğlu Kristofer

Modern.az saytı xatırladır ki, belə əcnəbilərdən biri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderodur.

Stenli Eskudero 1997-2000-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub. Diplomatik missiyası başa çatdıqdan sonra o Bakıda qalmağa üstünlük verib. Eskudero burada özünə biznes qurub.

2008-ci ildə Bakının Nardaran qəsəbəsinin bir qrup sakini Eskuderonu onlara məxsus olan 30 hektar torpaq sahəsini ələ keçirməkdə ittiham edirdi. Eskudero isə bildirmişdi ki, o, torpaq sahəsinə qanuni sənədlərlə sahiblənib.

Eskudero hətta Bakıdakı “McDonalds” restoranlar şəbəkəsinin sahibi kimi də tanınırdı. Keçmiş səfir Nardaranda özünə dəbdəbəli villa da tikdirmişdi. O, bir müddət ABŞ-Azərbaycan Ticarət Palatasına rəhbərlik edib.

Stenli Eskuderonun gəlini Nigar Nəzərova-Eskudero bir neçə il öncə Xəzər sahilindəki məşhur “Sea Breeze” otelinin tanıtım reklamına çəkilmişdi.

Nigar Nəzərova-Eskudero və qayınatası Stenli Eskudero

Moldova kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voronin (2001-2009-cu illərdə Moldova prezident olub) də azərbaycanlı ilə qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.

Bu hadisə də Musa Pənahov nəqliyyat nazirinin müavini işlədiyi dövrdə – 2011-ci ilin iyununda baş verib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat verilib.

2016-cı ilin avqustunda Yekaterina Voronina ilə Fuad Pənahovun Leyla adlı qızları dünyaya gəlib.

Musa Pənahov hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışır. O, 2004-cü ildən 2017-ci ilə kimi nəqliyyat nazirinin müavini vəzifəsini tutub.


Musa Pənahov və Vladimir Voronin

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar