Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıların yaşadığı Borçalıda İranın dini hakimiyyəti... - Tehran buna necə nail olub?

İranın uzun illərdir ki, azərbaycanlıların yaşadığı Borçalıda sistemli fəaliyyət qurması artıq açıq şəkildə görünür...

Politoloq: “Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində İranın dini şəbəkələr qurması və onlar arasında dini fanatik fəaliyyətin aparılması birbaşa Azərbaycan dövlətinə və xalqına qarşı açıq düşmənçilik fəaliyyətidir”.

İran rejimi xüsusi emissarları vasitəsi ilə bu bölgələrdə aztəminatlı ailələrin uşaqlarına maddi yardım etməklə öz əlaltılarına çevirmək üsulundan tutmuş, onları İrandakı dini mərkəzlərə apararaq orada təlim verməsinədək müxtəlif yollardan istifadə edirlər”.

Bu sözləri politoloq Azər Qasımov azərbaycanlıların yaşadığı Borçalıda İranln sistemli fəaliyyət qurmasını PİA.az-a şərh edərkən qeyd edib.

Gürcüstanda yaşayan azərbaycanlıların durumu olduqca kritikdir. İranın uzun illərdir ki, azərbaycanlıların yaşadığı Borçalıda sistemli fəaliyyət qurması artıq açıq şəkildə görünür. Yayılan məlumata görə Borçalıdakı İrana bağlı şəbəkə Azərbaycanın matəm günü kimi qeyd etdiyi hadisələrlə bağlı anım tədbirlərinin keçirilməsini qadağan edib. Məsələn, “20 yanvar”la bağlı anım tədbirlərinin keçirilmədiyi bildirilir.

Bəs, İran buna necə nail olub və rəsmi Bakının ordakı nüfuzu niyə bu qədər geriləyib? Digər tərəfdən, bu fonda Qafqaz Müəlmanları İdarəsinin Gürcüstandakı fəaliyyətinə necə qiymət vermək olar?

İranın Gürcüstanda yaşayan həmvətənlərimizə qarşı yürütdüyü siyasəti PİA.az-ın əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Gürcüstanda İran rejimi kimi fikirləşən ciddi dini radikal kütlə yaranıb və bu, Azərbaycan dövləti üçün ciddi təhdiddir”.

“20yanvar”la bağlı qeyd edilən faktın özü artıq bu fəaliyyətin kütlənin içərisinə işlədiyini və regionda təhlükəli tendensiyanın yarandığının göstərici olduğunu düşünən politoloq rəsmi Bakının bu sahədə fəaliyyətini hər zaman tənqid etdiyini vurğulayıb:

“Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində İranın dini şəbəkələr qurması və onlar arasında dini fanatik fəaliyyətin aparılması birbaşa Azərbaycan dövlətinə və xalqına qarşı açıq düşmənçilik fəaliyyətidir. İran rejimi belə fəaliyyət üzərində ixtisaslaşıb və bu fəaliyyət məqsədli şəkildə bir sıra iranətrafı ölkələrdə yürüdülür. İranın bu məqsədlə ildə 50 milyarddan çox vəsait xərclədiyi deyilir.

İlk öncə onu qeyd etməliyik ki, dini fanatizmin yayılması İranın dövlət siyasətidir. Bu, İran rejiminin yaradılmasının başlıca məqsədidir. İran rejimini 1979cu ildə Qərbin hakimiyyətə gətirməkdə məqsədi müsəlman ölkələri arasında birliyin qarşısını almaq, dini fanatizmi yaymaqla müsəlman kütlələrin diqqətini əsl dindən yayındırmaq, onlar arasında ədavət toxumları yaymaq və həyata keçirdikləri dini ayin və mərasimlər, fikirlərlə müsəlman dünyası haqda dünyada mənfi imic formalaşdırmaq idi.

Bunun üçün İran rejimi xüsusi emissarları vasitəsi ilə bu bölgələrdə aztəminatlı ailələrin uşaqlarına maddi yardım etməklə öz əlaltılarına çevirmək üsulundan tutmuş, onları İrandakı dini mərkəzlərə apararaq orada təlim verməsinədək müxtəlif yollardan istifadə edirlər. Qadınların həmin dini mərkəzlərdə dini təhsil almaq adı altında aldadıb İrana aparılması, sonra isə cinsi istismara məruz qoyularaq öz əlaltılarına çevirmələrinə kimi iyrənc üsullardan istifadə edilməsi faktları mövcuddur.

Azər Qasımov: “Nə Azərbaycan dövlətinin, nə də QMİ-nin Gürcüstandakı fəaliyyəti qənaətbəxş deyil”.

"20yanvar"la bağlı qeyd edilən faktın özü onu göstərir ki, artıq bu fəaliyyət kütlənin içərisinə o qədər işləyib ki, regionda təhlükəli tendensiya yaranıb. Rəsmi Bakının bu sahədə fəaliyyətini hər zaman tənqid etmişəm. Azərbaycan öz içinə qapanıb qalmamalıdır. İlk növbədə Azərbaycandan kənarda yaşayan azərbaycanlıların taleyi barədə ciddi düşünməlidir. Gürcüstan məsələsində isə hesab edirəm ki, işimiz çətin olacaq. Orada İran rejimi kimi fikirləşən ciddi dini radikal kütlə yaranıb və bu, Azərbaycan dövləti üçün ciddi təhdiddir. Bu kütlə İranın əlində ciddi silahdır. Bir neçə il öncə ADNA-da və Gəncə şəhərində törədilən terror aktlarının İranda hazırlandığı hələ yaddan çıxmayıb. ADNA terrorçusu isə elə Gürcüstan azərbaycanlısı idi.

Hesab edirəm ki, nə Azərbaycan dövlətinin, nə də QMİ-nin Gürcüstandakı fəaliyyəti qənaətbəxş deyildir. QMİ heç ölkə daxilindəki fəaliyyəti ilə İranın dini fanatizmi yaymaq cəhdlərinin qarşısını layiqincə ala bilməyib, hətta özləri bu fəaliyyətin bilmədən iştirakçısına çevrilmişdilər. Dəfələrlə bu təhlükəni dilə gətirmişik. Bu məqsədlə Gürcüstan azərbaycanlıları arasında siyasi maarifləndirici tədbirlər görülməli, onların arasından siyasi aktiv insanların dəstəklənməsini və Gürcüstan azərbaycanlılarının yeni partiya yaradaraq orda real gücə çevrilməsini təklif etmişdim. Bu, insanların dünya görüşünün dəyişməsinə, siyasi cəhətdən maariflənməsinə səbəb olar ki, onlar İran agentura şəbəkəsinin məqsəd və məramlarından xəbərdar olar, onların toruna düşməzlər”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar