Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıların Türkiyədə mənzil alışı 4 dəfəyə yaxın artıb

Bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 131 mənzil alıb.

“Report” Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96 mənzil və ya 3,7 dəfə çoxdur.

Ümumilikdə isə yanvar-aprel aylarında 382 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin 4 ayı ilə müqayisədə 63 mənzil və ya 19,7 % çoxdur.

Bu ilin aprelində Türkiyədə 4 077 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 281 ədəd və ya 5,1 dəfə çoxdur.

Yanvar-aprel aylarında əcnəbilərin Türkiyədən aldıqları evlərin sayı isə illik müqayisədə 479 ədəd və ya 3,5 % artaraq 13 964-ə yüksəlib.

Bu ilin aprel ayında Türkiyədən 557 ədədlə ən çox evi İran vətəndaşları (illik müqayisədə 3,5 dəfə çox) alıb. Sıralamada İranı 546 mənhzillə İraq (5,3 dəfə çox) və 402 mənzillə Rusiya (6,6 dəfə çox) izləyib.

Yanvar-aprel aylarında Türkiyədən ev alan əcnəbilərin sıralamasında isə ilk 3-lükdə İran (2 156), İraq (2 007) və Rusiya (1 340) vətəndaşları yer alıb.

Qeyd edək ki, Azərbaycan aylıq statistikada 13-cü, 4 aylıq statistikada isə 8-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 4 ayında əcnəbilər ən çox Türkiyənin İstanbul şəhərində (7 033) ev alıb. Siyahıda İstanbulu Antalya, Ankara və Mersin izləyib. Xarici vətəndaşlar adı çəkilən yerlərdən müvafiq olaraq 2 743, 870 və 650 ev alıb.

pia.az 


Etiket: Mənzil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar