Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı məşhurların 100-340 min manatlıq lüks avtobmobilləri - Video

Cah-cəlallı malikanələri olan, bahalı geyimlərdən və qiymətli aksessuarlardan istifadə edən, dəbdəbəli həyat tərzi yaşayan ulduzlar bu dəfə lüks avtomobilləri ilə gündəmə gəliblər.

AzToday.az MTV-yə istinadən bahalı maşınlara sahib olan azərbaycanlı məşhurları təqdim edir:

Xalq artisti Röya Ayxanın avtomobili “BMW” markalıdır. Sənətçinin lüks maşınının qiyməti təxminən 103 min dollardır (təxminən 221 min AZN).

Villaları, biznesi və qızıl ayaqqabısı ilə gündəm olan müğənni Orxan Babazadə də bahalı avtomobili olan məşhurlardandır. O, qiyməti 150-200 min AZN aralığında olan ”Bentley” markalı avtomobil idarə edir.

Tez-tez artıq çəkisinə görə əməliyyat masasına yatan müğənni Xatirə İslamın bir yox, iki bahalı avtomobili var. O, 110 min AZN olan “Porsche” və “Lexus” markalı maşın sürsə də, sonuncu dəfə “Geländewagen”də görüntülənib.

Bəzən rəqsləri ilə türkiyəli ifaçı Sibel Cana bənzədilən müğənni Şəbnəm Tovuzlu tez-tez bahalı avtomobilləri ilə gündəmə gəlir. O, əvvəl “Bentley Continental GT” adlı lüks maşının sahibi olub. Sonra onu 130 min AZN-ə sataraq “Geländewagen” alıb.

Tez-tez qalmaqalları ilə gündəmə gələn müğənni Afət Fərmanqızı da lüks nəqliyyat vasitəsi olan ulduzlardandır. O, 240 min AZN-lik “Geländewagen” sürür.

Son zamanlar həyat yoldaşıyla etdiyi səyahətləri ilə gündəm olan müğənni Sevda Yahyayeva “Mercedes-Benz Viano” avtomobilinin sahibidir. Onun maşınının qiyməti ucuz olsa da, xüsusi hazırlatdırdığına görə bu avtomobil ona 200 min dollara (təxminən 340 min AZN) başa gəlib. Onun maşınından Azərbaycanda sadəcə bir ədəddir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar