Şənbə, 04 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanlı idmançı Ümumdünya Oyunlarına vəsiqə qazanıb - Foto

“Dünya çempionatının 1/4 finalına çıxmaqla ABŞ-ın Birmingem şəhərində gələn il iyulda keçiriləcək Ümumdünya Oyunlarına lisenziya qazanmışam. Azərbaycanı bu yarışda təmsil edəcək ilk kikboksçu olduğum üçün fəxr edirəm”.

Bunu Oxu.Az-a kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadə deyib.

O, kikboksinqin K-1 versiyası üzrə +91 kq çəki dərəcəsində 1/4 finala vəsiqə qazanmaqla gələn il 7-17 iyul tarixlərində keçiriləcək Ümumdünya Oyunlarına vəsiqə qazanıb. 75 kq-da çıxış edən Elxan Əliyev isə bu mərhələyə çıxa bilmədiyindən həmin yarışa qatıla bilməyəcək.

2017-ci ildə həvəskar kikboksinq üzrə dünya çempionu olmuş Bəhram 1/4 finalda hakimlərin onu uduzdurduğunu bildirib:

“1/8 finalda ilk döyüşüm braziliyalı Ariel Maşado ilə idi. O, mənim kimi peşəkar kikboksinqdə də yarışan idmançı idi. Bildiyimə görə, “Glory” turnirində 3-4-cü sıralarında gedir. Amma onu məğlub edə bildim. 1/4 finalda isə ukraynalı Roman Şerbatyukla qarşılaşdım. Əslində ona qalib gəlmişdim. Amma texniki səhv ucbatından xalım qeydə alınmadığı üçün uduzdum. Sonra etiraz verdik. Dedilər ki, sənə xal düyməsi basılanda qeydə alınmayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Özünü qul adlandıran keçmiş nazir müavininin oğlunun rəhbərlik etdiyi şirkətlərin adları açıqlandı – Foto

Yeni nazir müavini 3 il əvvəl "Audi" ilə "Bravo"ya girmişdi

"Plastik əməliyyatla 15 yaş cavanlaşdım" - Kübra Əliyeva

2022-ci il üçün Çin ulduz falı: kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq - Video

Sabiq nazirlə general həbsdə, Fazil Məmmədov isə rahatca biznesini idarə edir

“İrəvan Moskva olmadan Ankara və Bakı ilə...” - Qriqoryanın Anadolu agentliyinə müsahibəsi

Rusiya XİN ermənilərin Qarabağı “təhvil verməsi” ittihamını rədd edib

Rəsul Quliyev: "Ola bilər, Azərbaycana 15 günlük gəlim, düşünmürəm ki, maneə var"

“Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasından imtina etsə, ciddi təzyiqlə qarşılaşacaq” - Sabiq nazir

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı bəyanat

"Sus, cavab qaytarma" - Ailəni məhv edən doğru bildiyimiz yanlışlar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay