Cümə axşamı, 17 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanlı cüdoçu Amerika çempionu olub

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kq çəkidə birinci yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan öncə Zaur iki dəfə Amerika çempionatının yüksək kürsüsünə qalxıb. Təltif olunma mərasimində Zaur Cəlil bildirib ki, qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr edir.

Qeyd edək ki, Amerika çempionu olan soydaşımız Nyu-York şəhərində yaşayır. 1998-ci ildən ABŞ-da yaşayan, "Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidenti Telman Cəlilovun övladıdır. Zaur 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların çempionu olub, çoxsaylı medal və kuboklarla təltif edilib. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DSX: Laçında iki hərbi qulluqçumuz vəfat edib - Yenilənib, Foto, Video

Bayden Putinə günəş eynəyi, Putin isə ona "xoxloma" hədiyyə edib

Əliyevlərdən Ərdoğanlara hədiyyə - Fotolar, Video

Van Damm azərbaycanlı gəlini ilə belə rəqs etdi - Video

Vandamın oğlu azərbaycanlı qızlaevləndi - Foto

Bakıda çimərlikdə kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - Yenilənib

Azərbaycanı narahat edən məsələlər Rusiya Şurasında gündəmə gətirildi

Mehriban Əliyeva Türkiyə-Uels matçından paylaşım edib – Foto

Ən çox oxunanalar