Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

Şahzadə Məhəmməd ibn Salman vəlihəd olduqdan sonra Səudiyyə Ərəbistanı ilə Azərbaycanın münasibətləri soyuyub...

Siyasi şərhçi: “Azərbaycanla Səudiyyə Ərəbistanı arasında birbaşa heç bir problem yoxdur”.

AzərbaycanTürkiyə ilə durmadan dostluq münasibətlərini gücləndirir. Həmçinin Azərbaycanla Türkiyə müttəfiqlik sazişi imzaladı. Düşünürəm ki, bu hadisələr dolayısı ilə AzərbaycanSəudiyyə Ərəbistanı münasibətlərinə öz təsirini göstərib”.

Bu sözləri siyasi şərhçi Sülhəddin Əkbər Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yaranan soyuq münasibətlərin səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanıına səfər edib. Prezidentin mətbuat xidməti bu səfəri misli görünməmiş hadisə kimi qiymətləndirib.

Sarkisyanın bu addımının Ermənistanın xarici siyasətində dönüş nöqtəsi olacağı qeyd edilir. Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulmayıb, İrəvan rəsmiləri isə bu ölkəyə heç vaxt səfər etməyiblər. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumatda bildirlib ki, Ermənistan prezidenti ərəb və islam dünyasında müstəsna rol oynayan dövlətə səfər edərək tarixi addım atıb. Prezidentin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, Sarkisyanı Ər-Riyadın hava limanında xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb.

Bilirik ki, Səudiyyə Ərəbistanı Türkiyə də daxil olmaqla iki ölkədən biridir ki, Qarabağ probleminə görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib. Lakin son illər, xüsusən şahzadə Məhəmməd ibn Salman vəlihəd olduqdan sonra Azərbaycanla münasibətlər soyuyub. Azərbaycanla Səudiyyə arasında hansı problemlər var?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Sülhəddin Əkbərlə müzakirə edib.

Sülhəddin Əkbər: “Azərbaycanla Səudiyyə Ərəbistanı arasında birbaşa problem görmürəm”.

Azərbaycanla Türkiyənin yaxınlaşmasının Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasiblərə dolayısı ilə təsir etdiyini düşünən siyasi şərhçi PİA.az-a bildirib ki, birbaşa Azərbaycanla Səudiyyə Ərəbistanı arasında heç bir problem yoxdur:

“Hesab edirəm ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında birbaşa heç bir problem yoxdur. İki ölkə arasında mən hər hansı bir problem görmürəm.

Sadəcə olaraq AzərbaycanTürkiyə ilə durmadan dostluq münasibətlərini gücləndirir. Həmçinin Azərbaycanla Türkiyə müttəfiqlik sazişi imzaladı. Düşünürəm ki, bu hadisələr dolayısı ilə AzərbaycanSəudiyyə Ərəbistanı münasibətlərinə öz təsirini göstərib.

Bir daha təkrar edirəm ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında birbaşa problem görmürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar