Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın İrana narkotik ittihamı və alınan cavab... - Özünü geosiyasi dalana soxan Tehran geri addım atır?

Prezident İlham Əliyevin MDB dövlət başçılarının sammitində səsləndirdiyi fikirlərə qədər, məhz İran ən yüksək səviyyədə Azərbaycanı təhdid edirdi və bu təhdid həm dini, həm siyasi, həm də hərbi liderlərin dilindən səsləndirilirdi...

Politoloq: “Təbii ki, prezidentin İranın narkotik dövriyyəsi ilə bağlı dediyi fikirlər dünyanın diqqətini cəlb edəcəkdi. İran da bu iddiaları qəbul etməyərək ölkəsini diqqət mərkəzindən yayındırmaq istəyir”.

“Dünən İranın xarici işlər nazirinin sözçüsü problemləri həll etmək üçün faktiki olaraq Azərbaycana yalvarış xarakterli mesajlar yolladı”.

Bu sözləri politoloq Turan Rzayev MDB sammitində Azərbaycan prezidentinin İrana qarşı səsləndirdiyi fikirlərdən sonra Tehranın üzləşdiyi vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin "İran dünyada narkotika ilə mübarizədə qəhrəman ölkədir”, deyib. Əli Şəmxaninin bu açılması Prezident İlham Əliyevin İranın işğal dövründə Qarabağdan narkotrafik marşrutu kimi istifadə etdiyi haqda fikirlərinə cavab olaraq ifadə edib.

Dünən isə İranın xarici işlər nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, iki ölkə arasındakı problemləri Azərbaycan rəsmiləri KİV vasitəsi ilə deyil, diplomatik kanallar vasitəsi ilə həll etməlidir. Eyni zamanda İran rəsmisi İranAzərbaycan diplomatlarının görüşüməsinin vacibliyini vurğulayıb. Xətibzadənin sözündən belə çıxıb ki, Azərbaycan diplamatları İran diplomatları ilə görüşdən imtina edib.

Qeyd edək ki, Xətibzadənin bu açıqlamasını İrandan Rusiyaya gedən maşınların Astara gömrük məntəqəsində 10 km-lik tıxac yaratması barədə məlumatın yayılmasından sonra verib. Bəzi müşahidəçilər hesab edirlər ki, Azərbaycanı təhdid edən İran indi özü çox pis vəziyyətə düşüb. Belə ki, dünya ilə ticarət əlaqələrini əsasən Türkiyə və Azərbaycan üzərindən aparan İran faktiki olaraq bu əlaqələrdən məhrum olmaq təhlükəsi ilə üz-üzə qalıb. Xatırladaq ki, bundan əvvəl Türkiyənin də İranla sərhəd məntəqələrini bağlaması ilə bağlı məlumatlar yayılmışdı. Eyni zamanda Gürcüstanın Lars yolunda da İran maşınları ciddi problemlərlə üzləşməkdədir.

Xətibzadənin açıqlamasına gəlincə, xatırladaq ki, prezident İlham Əliyevin MDB dövlət başçılarının sammitində səsləndirdiyi fikirlərə qədər, məhz İran ən yüksək səviyyədə Azərbaycanı təhdid edirdi və bu təhdid həm dini, həm siyasi, həm də hərbi liderlərin dilindən səsləndirilirdi.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İran Azərbaycana meydan oxumaqla əslində özünü geosiyasi dalana soxub və bu dalandan çıxış heç də Ermənistandan keçmir”.

İran nə qədər inkar etsə də, həmin ölkənin narkotik dövriyyəsi ilə məşğul olduğunu hamının bildiyini vurğulayan politoloq PİA.az-a açıqlamsında əlavə edib ki, İran cəmiyyətində bu məsələ həll edilməyən məsələlər sırasındadır:

Prezident İlham Əliyevin İrana qarşı bu gün belə bir iddia irəli sürməsi təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, İran tərəfi Qarabağda müharibə zamanı Azərbaycanın radikal qruplaşmalardan istifadəsi kimi iddialar irəli sürüb. İranın narkotik dövriyyəsi ilə məşğul olması cavabı da bu iddiaya cavab olaraq verildiyini düşünürəm.

Təbii ki, prezidentin İranın narkotik dövriyyəsi ilə bağlı dediyi fikirlər dünyanın diqqətini cəlb edəcəkdi. İran da bu iddiaları qəbul etməyərək ölkəsini diqqət mərkəzindən yayındırmaq istəyir. Amma İran nə qədər inkar etsə də, həmin ölkənin narkotik dövriyyəsi ilə məşğul olduğu hamıya aydındır. İran cəmiyyətində belə bu məsələ həll edilməyən məsələlər sırasındadır.

İran inkar etsə də, fakt budur ki, Azərbaycan Qarabağada külli miqdarda narkotik plantasiyaları ələ keçirib. Bu plantasiyaların böyük bir qismi də İrandan gələnlərə aid olub. Azərbaycan tərəfində bununla bağlı sübütlar da var. İranın bunu inkar etməkdən başqa variantı yoxdur. Qeyd edim ki, İranın Azərbaycanın Qarabağda radikal qruplardan istifadə etməsi haqqında heç bir sübut, dəlili yoxdur. Amma Azərbaycanın İrana qarşı sürdüyü iddianın sübutu var.

Turan Rzayev: “İranın Azərbaycanın Qarabağda radikal qruplardan istifadə etməsi haqqında heç bir sübut, dəlili yoxdur. Amma Azərbaycanın İrana qarşı sürdüyü iddianın sübutu var”.

Prinsip etibarilə İran-Azərbaycan gərginliyi yeni mərhələyə daxil olub və Astarada İran maşınlarının tıxac yaratması da bunu göstərməkdədir. İndiki mərhələdə qarşıdurmaya daha çox geosiyasi silahlar cəlb edilib ki, bu mübarizədə İranın geri çəkilməsi qaçınılmazdır. Dünən Xətibzadənin açıqlamasında da biz bunu müşahidə elədik. İranın xarici işlər nazirinin sözçüsü problemləri həll etmək üçün faktiki olaraq Azərbaycana yalvarış xarakterli mesajlar yolladı. Bu isə o deməkdir ki, İran Azərbaycana meydan oxumaqla əslində özünü geosiyasi dalana soxub və bu dalandan çıxış heç də Ermənistandan keçmir.

Onu da qeyd edim ki, Azərbaycan Qarabağın ətrafındakı rayonları işğaldan azad edərək İranın bu ərazilərdəki narkotik dövriyyəsinə kifayət qədər ağır zərbə endirdi. Müharibədən sonra Azərbaycanda narkotikin satışı daha da çoxaldı. Demək olar ki, hər gün Daxili İşlər Nazirliyi narkotik satışı ilə məşğul olanların saxlanılması haqqında xəbər verir. Azərbaycana narkotikin gəlişi də məhz İran üzərindəndir və Azərbycan artıq bu kanalları da bağlayır.

Onu da qeyd edim ki, Azərbaycanda İranın hələ aşkar edilməyən narkotik maddə istehsal edən sexləri mövcuddur. Deyərdim ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə, nəyinki İran, hətta dünya narkotik dövriyyəsinə ciddi zəngə vurub. Buna görə də İran bu gün Azərbaycana qarşı belə aqressiv mövqe sərgiləmək istədi. Lakin gördüyümüz kimi, Tehrandan atılan “ox daşa dəydi””.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar