Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ilk maliyyə nazirinin keşməkeşli ailə dramı - Video

Azərbaycan Televiziyasının “Yüz ilin adamları” verilişinin növbəti buraxılışı Azərbaycanın ilk maliyyə naziri Əbdüləli bəy Əmircanova həsr edilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, verilişdə Azərbaycanda ilk bankı yaradan, ilk dəfə gömrük vergiləri təşəbbüsü ilə çıxış edən, erməni-müsəlman davasında fədakarlıq göstərən Əmircanovun ailəsinin həyatından ən vacib və maraqlı məqamlar təqdim edilib.

Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra nazir ailəsi ilə birgə ölkəni tərk edib. Əmircanovlar ailəsi onları qaçıran gəmiyə minərkən polis son anda nazirin oğlu Muradı buraxmayıb. Digər oğlu Fuad isə Əbdüləli bəylə birlikdə İstanbulda böyüyüb. İllər sonra iki qardaş bir-birinə qarşı mübarizə aparıblar. Belə ki, İkinci Dünya müharibəsində Murad SSRİ ordusunda döyüşüb, medallar fərmanlar qazanıb. Fuad Əmircan isə almanlar tərəfindən legionerlərə qoşulub və SSRİ-yə qarşı vuruşub. Ailə üzvləri yalnız 1968-ci ildə qovuşa biliblər. O zaman isə artıq Əbdüləli bəy həyatda olmayıb.

Azərbaycanın ilk maliyyə nazirinin keşməkeşli ailə dramı barədə tədqiqatçılar, Bakıdakı varislər və Parisdə yaşayan nəvəsi, dünyaşöhrətli keramikaçı Alev Əmircan danışacaq.

“Yüz ilin adamları” iyulun 11-i saat 22:00-da AzTV-də yayımlanacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar