Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir...

Apasport.az saytının məlumatına görə, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Komandamızın heyətində Aynur Mikayılova 1/8 final mərhələsi çərçivəsində Byanka Balintlə (Almaniya) üz-üzə gəlib. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti döyüşündə Lamprini Giannakopoulou (Yunanıstan) ilə gücünü yoxlayacaq. Görüş sentyabrın 30-da olacaq.

Faiq Mollayev (46 kq) də Avropa birinciliyində debütünü qələbə ilə başa vurub. İqor Uşinyakla (Polşa) qarşılaşan həmyerlimiz rəqibini məğlub etməyə cəmi 1 dəqiqə 50 saniyə vaxt sərf edib. İlk raundda tam üstünlüklə qalib gələn Mollayev 1/4 finala yüksəlib. O, növbəti döyüşünü oktyabrın 1-də ingiltərəli Tomas Vari Cona qarşı keçirəcək.

Qeyd edək ki, Avropa birinciliyində sabah daha 5 boksçumuz mübarizəyə qoşulacaq.

Fotolar

pia.az


Etiket: boks


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar