Şənbə, 18 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanın icazəsi olmadan Rusiya jurnalistlərinin və bloqqerlərin Qarabağa girişinə niyə icazə verilir?

Sülhməramlılar tərəfindən Azərbaycanın və beynəlxalq qanunların pozulması ölkəmizin suveren hüqüqlarına hörmətsizlik deyilmi?..

Millət vəkili: “Ermənistan ərazisindən ermənipərəst rus bloqqerlərin Qarabağa səfərlər etməsi qanuna ziddir”.

Azərbaycan Qarabağa səfər edən belə şəxslərə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirib, onları zərərsizləşdirməlidi­r. Çünki bilinmir ki, onlar Qarabağa gələrkən tək özləri gəlirlər, yoxsa özləri ilə müəyyən silah-sursat, başqa vasitələr də daşıyırlar”.

Bu sözləri millət vəkili Fazil Mustafa Ermənistan ərazisindən ermənipərəst rus bloqqerlərin Qarabağa səfərlərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Ermənistan ərazisindən ermənipərəst rus bloqqerlərin Qarabağa səfərləri artmaqdadır. Qanunsuz olaraq sərhədlərimizi keçərək ölkəmizin ərazilərinə gələn bu bloqqerlər sonradan bitərəfli və qeyri-obyektiv məlumatlar yayaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparırıar.

Rusiya sülhməramlılarının Azərbaycanın icazəsi olmadan Rusiya jurnalistlərinin və bloqqerlərin Qarabağa girişinə icazə verməsini necə dəyərləndirmək olar? Sülhməramlılar tərəfindən Azərbaycanın və beynəlxalq qanunların pozulması ölkəmizin suveren hüqüqlarına hörmətsizlik deyilmi və Azərbaycan buna görə Rusiya sülhməramlılarına, o cümlədən sülhməramlıların komandanlığına açıq xəbərdarlıq etməsi zərurətə çevrilmirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafaya müraciət edib.

Fazil Mustafa: “Azərbaycan vətəndaşlığı olmayan hər kəsin Laçın dəhlizindən keçməsinə imkan verməməlidir”.

Azərbaycanın hər hansı bir şəkildə Qarabağa Ermənistan vətəndaşı olmayan şəxslərin daxil olmasının qarşısını almağa çalışmalı olduğunu vurğulayan millət vəkili bildirib ki, bu bizim imzaladığımız bəyanatın ruhuna ziddir:

Ermənistan ərazisindən ermənipərəst rus bloqqerlərin Qarabağa səfərlər etməsi qanuna ziddir. Bu məsələni Azərbaycan Rusiaya rəhbərliyi və sülhməramlıların komandanlığı qarşısında qaldırmalıdır. Azərbaycan çalışmalıdır ki, hər hansı bir şəkildə Qarabağa Ermənistan vətəndaşı olmayan şəxslər daxil olmasın. Çünki bu bizim imzaladığımız bəyanatın ruhuna ziddir.

Azərbaycan Laçından keçərək Qarabağa səfər edən belə şəxslərə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirib, onları zərərsizləşdirməlidi­r. Çünki bilinmir ki, onlar Qarabağa gələrkən tək özləri gəlirlər, yoxsa özləri ilə müəyyən silah-sursat, başqa vasitələr də daşıyırlar.

Qeyd edim ki, həmin şəxslərin Qarabağa başqa vasitələr də gətirməsinə imkan yaradılır. Buna görə də bu məsələ ciddi şəkildə qaldırılmalıdır. Azərbaycan vətəndaşlığı olmayan hər kəsin “Laçın dəhlizi”ndən keçməsinə imkan verməməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sergey Lavrov rəsmi səfərlərə sevgilisi ilə gedir, o cümlədən Azərbaycana da… – Video

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını saxladı

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək -  Foto

Azərbaycan polisi qondarma “bayrağ”ı maşınların üzərindən süngü ilə qazıdı - Video

"Diqqət: Hacı Nuranın 4-cü dalğası başlayıb"

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi

KTMT-də sədrlik Ermənistana keçdi... - Azərbaycan üçün təhlükə var?

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

Ermənistan Laçın şəhərini və daha 8 kəndi öz nəzarətində saxlamaq istəyir... - Sabiq nazirdən şərh

Ən çox oxunanalar