Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanı narahat edən məsələlər Rusiya Şurasında gündəmə gətirildi

Bu gün Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən "Report"un Rusiya bürosuna verilən məlumata görə, komissiyanın iclasına Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini Əli HüseynliRusiya Federasiyasının Federal Şurasının sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

Tədbirdə Səfir Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İntizam, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Nizami Səfərov, Hesablayıcı, Mədəniyyət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü Mixail Zabelin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev, Hesablayıcı, Gənclər və idman, Əmək və sosial siyasət komitələrinin üzvü Sevinc Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hesablayıcı, Gənclər və idman komitələrinin üzvü Elnur Allahverdiyev, Rusiya tərəfindən isə Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin, Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Sosial siyasət komitəsinin sədri İnna Svyatenko, senatorlar Aleksandr Başkin, Sergey Arenin, Dövlət Dumasının deputatları Zaur Qekkiyev, Hacımurad Ömərov, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev və digər rəsmi şəxslər iştirak ediblər.

İclasda ikitərəfli parlamentlərarası əlaqələrin hazırki vəziyyəti ilə bağlı məmnunluq ifadə olunub, onun gələcək inkişafı və genişləndirilməsi istiqamətində müxtəlif məsələlər müzakirə edilib. Bununla yanaşı, ölkələrimizin bir çox beynəlxalq parlament təşkilatları, o cümlədən MDB, AŞPA, ATƏT PA və s. çərçivəsində mövcud olan sıx əməkdaşlığı qeyd olunub.

RusiyaAzərbaycan prezidentlərinin arasında olan inam və etimad, iki ölkənin parlament münasibətlərinin ildən-ilə genişlənməsi, Rusiyanın aparıcı xarici ticarət tərəfdaşlarımızdan biri olması həm Rusiya, həm də Azərbaycan deputatlarının çıxışlarında xüsusilə vurğulanıb.

10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, RusiyaErmənistan liderlərinin üçtərəfli Bəyanatlarının əhəmiyyətini, İkinci Qarabağ müharibəsində şanlı qələbənin ölkə başçısı İlham Əliyevin güclü qətiyyəti və müdrik rəhbərliyi, eləcə də Azərbaycan ordusunun şücaəti və igidliyi nəticəsində əldə edildiyini qeyd edən Azərbaycan nümayəndə heyəti sözügedən bəyanatların imzalanmasında Rusiya Prezidenti Vladimir Putinin müstəsna rolunu önə çəkib.

Bundan əlavə, görüş zamanı ölkəmizdə rus dilinin geniş şəkildə tədris olunmasına və bu məsələdə ölkə rəhbərliyinin verdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunub, iki ölkə arasında təhsil sahəsində mövcud olan uğurlu əməkdaşlıqdan bəhs edilib.

Eyni zamanda bəzi rusiyalı deputatların ölkəmizə münasibətdə əsassız və qərəzli mövqe tutması, Rusiya ilə sərhəddə yükdaşımalarla bağlı yaranan çətinliklər, Dağıstan Respublikası ərazisində Azərbaycan dilinin tədrisi və dərsliklərin latın qrafikası ilə dərc edilməsi məsələlərinə dair Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.

İclasın sonunda Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Şurasının arasında İş Planı imzalanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar