Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Avropaya gedən turist nələri bilməlidir?

Qış fəslinin gəlişinə, xüsusən də yeni il bayramına az qalmış bir çox azərbaycanlı turistlər Avropa ölkələrinə səyahət etmək istəyir.

Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Rəşad Bağırov "Report"a açıqlamasında bu ərəfədə Azərbaycandan Avropaya getmək istəyən turistlər üçün vacib məqamlardan danışıb.

Azərbaycandan Avropaya təyyarə reysləri

"Avropa ölkələrindən birbaşa reysimiz yalnız Macarıstanadır. O da ki, onların şirkəti “Wizz Air” ilə mümkündür. Bir də Londona "Azərbaycan Hava Yolları" QSC (AZAL) vasitəsilə həyata keçirilir. Bunların xaricində Azərbaycanın aviaşirkətləri ilə Avropaya birbaşa uçuş yoxdur. Pandemiyadan öncə isə Praqaya, Parisə, Berlinə birbaşa uçuşlar olurdu. İndi bizim Avropaya uçuşlarımız İstanbul, KiyevMoskva üzərindən olur. Kutaisi üzərindən də Avropaya uçmaq mümkündür. Amma bizdən Kutasiiyə səfər edən olmadığına görə, turistlərimiz məcburdur burdan Tiflisə uçub ordan transferlə Kutasiyə getsinlər və ortdan da Avropaya uçsunlar", - R.Bağırov bildirib.

İkinci ölkə üzərindən Avropaya uçuş etmək

Avropada belə bir məsələ var idi. Əgər tranzit ölkə pandemiyanın yayılmasına görə “qırmızı xətt”dədirsə, ordan Avropaya uçmaqda problem yaranırdı. Tutalım, turist Azərbaycandan İstanbula, ordan da Avropaya uçur. Burda problem olmur. Amma bir də var ki, sən İstanbula gedib ölkəyə giriş edirsən, ordan da Avropaya uçursan. Bu zaman giriş etdiyin ölkə “qırmızı xətdə”dirsə Avropa ölkəsi səni qəbul etmirdi.

"Təqribən 5-6 ay öncə bir dəfə belə bir problemlə rastlaşmışıq. Afinaya getməli olan vətəndaşımız İstanbula giriş elədi, orada bəzi işlərini həll edəndən sonra Afinaya yola düşdü. Amma onu Yunanıstana buraxmadılar. Ona görə də artıq bu şəkildə uçuşlar təşkil etmirik", - R.Bağırov qeyd edib.

Avropa ölkələrində vaksin pasportu problemləri

Onun sözlərinə görə, yalnız bəzi ölkələr peyvənd məsələsinə görə problem yaradır: "Ölkələrin bəzisi tam qapanma rejimindədir. Məsələn, bu dəqiqə Baltikyanı ölkələr tam qapalıdır. Macarıstan və Polşa ölkəyə giriş üçün vaksin pasportu tələb etmir. Burda söhbət Viza mərkəzinə müraciətdən getmir. Ölkələrin turistə girişə icazə verməsindən gedir. Fransa və İspaniya ölkəyə giriş üçün “Pfizer” vaksini tələb edir. İspaniya buna 10-15 gün olar qərar verib. Əgər siz birinci və ya ikinci doza “Sinovac” peyvəndi olunmusuzsa, ikinci və ya üçüncü dozanı “Pfizer” vaksini vurdurub bundan 4 həftə sonra Fransaya gedə bilərsiniz".

“Sinovac”ı qəbul edən Avropa ölkələri

R.Bağırov bildirib ki, Avropa ölkələrinin əksəriyyəti “Sinovac” vaksinini qəbul eləmir. İsveç ümumiyyətlə ölkəyə turist buraxmır: "Yalnız orda yaşayanların ən yaxın qohumları ölkəyə daxil ola bilər. Ola bilər ki, “Sinovac” peyvəndi olan turist Avropa daxilində bir ölkədən digərinə keçid edə bilsin. Amma bu çox təsadüfi hallarda baş verə bilər. Avropa daxili uçuşlarda mütləq vaksin pasportunu yoxlayırlar. Qatar və avtobusla Avropa daxili səyahətdə isə təsadüfi halda ola bilər ki, vaksin pasportunu yoxlamasınlar. Ona görə də “Sinovac”ı qəbul etməyən ölkələrə bu pasportla getmək təhlükəlidir.

Macarıstan və Polşa Çin vaksini ilə turist qəbul edir. Qeyd etdiyimiz kimi, bu ölkələr ümumiyyətlə vaksin pasportu tələb etmirlər. Almaniyaya peyvəndsiz uçanlar da var. Amma deyirlər ki, Berlində yoxlamalar güclüdür və vaksin məsələsində problem yaradırlar. Düzdür, Almaniya ölkə olaraq vaksin pasportu olmadan ölkəyə girişi məhdudlaşdırıb, amma bu tam təsdiqlənməyib".

Vaksin problemi böyük aeroportlarda yaranır

"Vaksin məsələsinə görə adətən böyük hava limanlarında problem yaradırlar. Ona görə də insanlar çalışır ki, balaca hava limanlarına uçsunlar. Həm də kiçik aeroportlar daha ucuz olur. Avropa daxili uçuşları yerinə yetirən “Ryanair”, “EasyJet” kimi şirkətlər var ki, onlar kiçik aeroportlara uçuşlar etdiyinə görə qiymətləri digər şirkətlərdən xeyli ucuzdur. Məsələn “Lutfhansa” ilə “Ryanair” arasında 2 dəfədən çox qiymət fərqi var", - deyə R.Bağırov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycandakı turizm şirkətləri hazırda ən çox Türkiyə, Gürcüstan və Dubaya turpaketlər satırlar:

"Hazırda turizm şirkətlərinin təqdim etdiyi ən ucuz turpaketlər Gürcüstanadır. Məsələn, Gürcüstanın Bakuriani şəhərinə turlar çox olur. Bakuriani bizim Şahdağ kimi bir ərazidir. Düzdür, quru sərhədləri bağlıdır, amma qiymətlər münasibdir. Adi günlərdə Gürcüstana uçuş bileti bir istiqamət üzrə 108 manatdan başlayır. Bir var hazır turpakterlər, bir də var turizm şirkətlərinin müştərinin istəyi əsasında yığdıqları turpaketlər. İndi hazır paketlər əsasən Türkiyə, Dubay və Gürcüstana olur. Azərbaycan turistləri Türkiyəyə getməyi çox sevir. Hətta qışda belə Türkiyəyə gedilir. Bu ölkə hər zaman Azərbaycandan turist səyahətləri olan bir istiqamətdir."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar