Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeniyetmə qız hamilə qaldı: Araşdırma aparılır - Yenilənib

“Yeniyetmənin və valideynlərinin izahatı alınıb”.

Bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Bakıda 15 yaşlı qızın hamilə qalması ilə bağlı Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılır:

“Müayinədən sonra xəstəxanadan dərhal ərazi polis bölməsinə məlumat verilib. Polislər xəstəxanaya gəlib qızın izahatını alıblar. Daha sonra valideynlərinin də izahatı alınıb”.

Qeyd edək ki, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də məsələ barəsində araşdırma başladıldığı bildirilib.

***

Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) müayinə zamanı bilinib.

Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.

pia.az 


Etiket: Hamilə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar