Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir - Foto

Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.

Oxu.Az-ın məlumatına görə, buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.

İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi Aynurə Məmmədova 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyub. Ona zor tətbiq edərək, döyərək xəsarətlər yetirib. Elə həmin il şagirdin valideyni Günay Yusifova oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.

Bütün bunlara baxmayaraq, şagirdə şiddət sərgiləyən müəllim əməlindən əl çəkməyib.

Bu yaxınlarda isə məktəbin 8-ci sinif şagirdi Elgün Abbasov həmin müəllimə görə daha məktəbə getməyəcəyini bildirib. Valideyni övladında riyaziyyat müəlliminə görə psixoloji problemlərin yarandığını əsas gətirib. Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq ediblər.

Qeyd edək ki, bir neçə gün öncə İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovanın azyaşlı uşağa qarşı şiddət göstərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar