Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda siyasi partiyalar birləşdirilə bilər

""Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi bəlkə də bir ildən çoxdur ki, müzakirə edilir və aktualdır. Elə ona görə proporsional seçkinin tərəfdarıyam ki, siyasi partiyalar özlərini göstərə bilsinlər. Yəni, xalq tərəfindən səs toplaya bilən siyasi partiyalar onsuz da cəmiyyətdə özünü doğruldacaq, digərləri isə aktuallığını itirəcək. Belə olan halda, bəzi partiyalar birləşdirilə bilər. Əgər Vəhdət Partiyası da səs toplaya bilməsə, partiyanın digərilərinə birləşdirilməsi gündəmə gətirilə bilər. Lakin burada diqqət edilməsi məqamlar var, unutmaq olmaz ki, Vəhdət Partiyası tarixi partiyadır və özünəməxsus yola malikdir. Vəhdət Partiyası nə AXCP və Müsavat, nə də iqtidar kimi olub. Bizim partiya birmənalı olaraq iqtidarın yaxşısına yaxşı, pisinə pis deyib. Yəni, yeni qanun layihəsi qəbul olunar və onun əsasında müəyyən dəyişikliklər baş verərsə, Vəhdət Partiyası hansısa partiyaya bərabərhüquqluluğun qorunması şərtilə birləşdirilə bilər. Yoxsa, hansısa partiyanın içində əriyib getmək fikrimiz yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ölkədə təxminən 10-15 siyasi partiyanın olması optimal seçim olardı, amma yenə də dəqiq fikir bildirmək olmaz: "Misal üçün, ABŞ-da 10-dan çox siyasi partiya olsa da, onlardan daim ikisi uğur qazana bilir. Ümumiyyətlə, proporsional seçki sistemi olan ölkələrdə, adətən, 5-10 partiya öz fəaliyyətini sübut edə bilir, qalanları sıradan çıxır. Ona görə də hansı partiyaların güclü olduğunu təbii seçki üsulu müəyyən etməlidir. Hesab edirəm ki, siyasi partiyalar birləşdiriləcəyi halda belə, ideoloji yaxınlığı olan partiyalar birləşə bilər. Misal üçün, AXCP və Müsavat, sosial demokrat və kommunist partiyaları və dini ideoloji xəttə əsaslanan partiyalar birləşdirilə bilərlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar