Cümə axşamı, 19 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda ötən il inflyasiya 7 %-ə yaxın olub

Azərbaycanda 2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 % təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, əvvəlki ilin dekabr ayına nisbətən 112,0 % təşkil edib.

2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 %, əvvəlki ilin dekabr ayına nisbətən 115,8 % təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, azalma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin dekabr ayına nisbətən 107,7 % təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox artım minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, azalma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 %, əvvəlki ilin dekabr ayına nisbətən 110 % təşkil edib. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb - O, həm də nazir müavinin oğludur...

Hamı onları sevgili bildi, toy günü nişanlısını buraxıb Türkiyəyə qaçdı – Səhnəmizin Məlahəti...

“Filarmoniyada baş verənlər Azərbaycan mədəniyyətini təhdid etmək deməkdir” - Hafiz Hacıyev

Azərbaycanın mədəniyyət ocağında biabırçılıq - Filarmoniya gecə klubuna çevrilib? - Video

Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır

Maşından küçələrə “yüz manatlıq” səpən şəxsi polis həbs etdi

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır - Yenilənib, Foto

Rusiya imkan verməsə, Xankəndiyə DİN girməlidir

Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına rəsmi münasibət

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləməyən Türkiyə Rusiyanın ayağının altına yağ çəkir?..

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtlərini açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay