Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda onlarla vəzifəli şəxs 54 min manat cərimə edildi

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumat verilib.

Maliyyə Nazirliyindən verilən hesabata görə, Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən 2021-ci ilin birinci yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Eləcə də, bir büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 693 500 manat məbləğində artıq və əsassız ödənişlərin 173 200 manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib, bir halda 2021-ci və 2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin 322 500 manat məbləğində hissəsi azaldılaraq xərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə Xidmətin əməkdaşları tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24 625 700 manat məbləğində artıq və əsassız ödənişlərin 1 303 900 manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi və artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi məqsədilə aparılmış nəzarət tədbirlərinin nəticələrinə dair tərtib edilmiş sənədlər aidiyyəti üzrə göndərilib.

Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 6 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 43 900 manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 76 nəfər vəzifəli şəxsə 54 400 manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin birinci yarısında aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 25 363 100 manat məbləğində artıq və əsassız ödənişlərin 1 477 400 manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar